adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Məlumatsız cəmiyyət(lər)...

VÜQAR ABBASOV
155714 | 2020-01-14 13:32

Doğru mühakimə yeridilərsə, onda heç bir oyun olmaz.Oyun olmazsa, daha nə qalır ki?

Lev Tolstoy "Uşaqlıq”


Niderlanda yenigəldiyimiz vaxtlar idi. Hazırda yaşadığımız şəhərə yeni köçmüşdük.Günlərin birində şəhərə xəbər yayıldı ki, filankəs (bir kişi) əlində silah evinəgələrək həyat yoldaşını öldürmək istəyib, ancaq atəş açan zaman həyat yoldaşıqaçıb, atılan güllələr onların iki övladına dəyib və uşaqlar yerindəcə ölüblər.Buna dözməyən ata da intihar edib. Şəhərimizbalaca olduğu üçün xəbər tez yayıldı. Hərkəs şokda idi. Qısası, dəfni bələdiyyə yüksək səviyyədə təşkil etdi, insanlaraxışaraq anaya, yerdə qalanlara təskinlik verməyə gəlirdilər; tanıyan da,tanımayan da. Qeyd edim ki, ailə bura sonradan gəlmə idi. Vida mərasimi vaxtı gəlmələrdən kimsə "Gəlmələrdəndə nələr çıxır” dedi, özü də gəlməola-ola. Həmən vaxt bizim yanımızda dayanan yerli sakinlərdən biri, Niderlandlıbir nəfər də: "Elə deyil. Bu cür hadisələrin törənməsində millikimliyin, harda doğulmağın və.s. aidiyyatı yoxdur. Belə hadisəni ancaqpsixoloji problemi olan biri törədə bilər” – deyə cavab verdi.

Niderlandlıhaqlı idi. Sonralar bu və bu kimi xəbərləriçox eşitdim. Məsələn, elə ötən ilin sentyabr ayında Niderlandın Dordrext(Dordrecht) şəhərində ata özünün iki övladını (8 və 12 yaş) və həyat yoldaşınıqətl etmiş və sonda da özü intihar etmişdi (mənbə:https://www.ad.nl/binnenland/nabestaande-gezinsdrama-dordrecht-vader-was-geen-agressief-persoon~aead4aa9/).Qonşuların dediyinə görə bu ailədən belə bir şey gözləmirdilər, çünki ailəbaşçısı olduqca sakit və ailəsinə nəvazişlə davranan biri olub.

Ondan bir il öncə,yəni 2018 – ci ildə başqa bir xəbər hər kəsi şoka salmışdı: bir kişi özünün 13yaşlı qızı ilə cinsi əlaqədə olub və qızı da atasından hamilə qalıb (mənbə:https://www.telegraaf.nl/nieuws/2633400/meisje-13-raakte-zwanger-na-misbruik-door-vader-broertje-mishandeld).

Gedək bir qədərdə əvvələ, 2011 – ci ilə və keçəkNiderlanda qonşu olan Almaniyaya, başqa bir Avropa dövlətinə. Almaniyanın Nürnberq şəhərinin 69 yaşlısakini öz qızını ölümlə qorxudaraq onunla mütəmadi cinsi əlaqəyə girib vəatanın öz qızından üç övladı olub (mənbə:https://www.ad.nl/buitenland/duitser-69-maakt-dochter-drie-keer-zwanger~a011c4c7/).

Siyahını istədiyinizqədər uzada və istədiyiniz qədər misallar verə bilərəm. Bunları niyə yazdığımı maraq edə bilərsiniz vəhaqsız da deyilsiniz. Son günlərdə sosialşəbəkələrdə məmləkətimizdə baş verən, utanc gətirəcək olayların paylaşıldığınıgördüm. Açıq desək, bu və buna bənzər hadisələrin sosial şəbəkələrdə müzakirə olunması adi hal alıb və əgər bunamüzakirə demək mümkündürsə. Çoxlarımız ittiham edirik. Kimi və niyə ittihametdiyimiz isə heç bəlli deyil. Ən pisi dəodur ki, özümüzü aşağılayırıq, "Biz niyəbeləyik?”, "Ancaq bizdə belə olar” və.s. bu kimi yersiz ittihamlarla.Yuxarıda yazdıqlarımdan da bir daha aydın olur ki, belə cinayətlərancaq bizdə olmur. Ancaqyanaşma... Bəli, bu kimi məsələlərə Azərbaycandakı yanaşmanıNiderlandda görmədim. Burda hər kəs öz işini peşəkarlıqla görməyəçalışır, həmçinin hər hansı bir hadisə baş verdikdə. Jurnalistlər hadisə yerindən, aidiyyatıqurumlardan mümkün qədər dəqiq məlumatlar almağa və ictimaəti məlumatlandırmağaçalışırlar. Aidiyyatı dövlət qrumları öz işlərinə peşəkarlıqla yanaşır və həmçinin onlar da cəmiyyəti məlumatsızqoymurlar. Hadisənin, deyək ki, hər hansı bir qətl hadisəsinin baş verdiyi ərazidəyaşayanlar öldürülənin ruhuna hörmətləyanaşır, qətlin baş verdiyi yerə gül dəstələri gətirirlər. Bununla yanaşı digər qrumlar da öz səlahiyyətləridaxilində tədbirlər görürlər. Misal olaraqqeyd edim ki, əgər qətl olunan məktəblidirsəonun təhsil aldğı məktəbə mütləq psixoloq gedir və öldürülənin sinif yoldaşları ilə müvafiq söhbətlər edirlər və həmçinin eyni proseshadisənin baş verdiyi küçədəki, məhəllədəki insanlarla da aparıla bilir. Nəteleviziyalarda, nə qəzetlərdə, nə sosial şəbəkələrdə insanlarınpsixologiyasını pozacaq müzakirələr gedir. Mətbuat işçiləri hadisələrin sonrakıgedişatını diqqətdə saxlayır və sonda cinayətkarın kimliyi, taleyi haqqında cəmiyyətəməlumat verirlər. Heç yerdə milləti, yəni özlərini aşağılayacaq sözlərə rast gəlinməz. İnsanlara açıq izah olunur ki, bu və bu kimihadisələr psixoloji pozğunluğun nəticəsidir, yaxud da arxasında filan səbəbvar. Qısasını desək, hər kəs öz işinəpeşəkarcasına yanaşır və bu səbəbdən də insanlar arasında çaşqınlıq yaranmır.Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, burda, Niderlandda, məsələn, tv – lərdə insanların psixologiyasına mənfi təsiredə biləcək demək olar ki, heç bir proqrama rast gəlmək mümkün deyil.

Azərbaycanda isətamamilə fərqli olur.Təsəvvür edin ki, psixologiyasında problem olan biri hadisə törədir. Həməndəqiqə tv – lərdəki bəzi proqramlar,sosial şəbəkələr, İP dalınca qaçan saytlar az qala bütün funksiyaları öz üzərlərinəgötürürlər. İttiham ittiham dalınca.Hakimlik edib hökm çıxartmaqdan belə çəkinmirlər. Rəsmi orqanlar ya heç məlumat vermirlər, yada çox gec verirlər. Bunun nəticəsində də şayələr baş alıb gedir. Çox vaxt da onların verdikləri məlumatainanan olmur. Bunun günahı kimdədir, artıq başqa mövzudur. Ən pisi odur ki,ittihamlar bütün millətə, yəni özümüzə yönəlik olur: "Biz beləyik”, "Bizdən nə desən çıxar” və.s. Bir çoxlarımız anlamırıq ki, bu cür yanaşmailə başımızı, bir millət kimi, könüllüolaraq gilyotinin (ölüm cəzasına məhkumolanların başını kəsmək üçün maşın) altına qoymuş oluruq. Bir çoxlarımız anlamaq istəmirik ki, bu gün şəxsi anlamdaqazandıqlarımız, tv – lərdə reytinq, saytlarda İP, sosial şəbəkələrdə"like” bizim gələcəyimizi uçruma aparabilər. Sanki hanısa əl bütün bunları idarə edir. Kimsəyə sirr deyil ki, tv – lərdəki bəzişoular insanların əsəblərinə olduqca pis təsir edə bilər və çəkinmədən edir dədeyərdim. Studiyada oturub onun-bununüstünə səsini qaldırmaq, ittiham etmək və.s.tv qarşısındakı və həmçinin studiyadakı tamaşaçıların psixologiyasına pis təsir edə bilər, yumşaqdesək. Bunu kim bilmir? Hara baxıraidiyyatı qurumlar? Ümumiyyətlə, tv – lərimizdə,saytlarımızda, qəzetlərimizdə gedən materiallarda insanların, yəni millətimizinpsixologiyasına vura biləcəyimiz zərərləri mütləq nəzərə almaq lazımdır. Çünkionları hamımızın övladı oxuyur və hamımızın övladı baxır.

Yaxud da hərhansı bir hadisə baş verən zaman cəmiyyət niyə vaxtında məlumatlandırılmır? Niyəşayələrin yayılmasına şərait yaradılır?Ən təhlükəli olan da cəmiyyətin məlumatsız olmasıdır. Məlumatsız cəmiyyət(lər)uçruma gedərlər. Məsələn, Tovuz rayonunda baş verən son hadisə zamanı yuxarıda yazdıqlarımınhamısını, hətta daha artığını görmək mümkün idi; cəmiyyət məlumatsız idi deyəşaiyələr baş alıb gedirdi. Özümüzüaşağılayan yazılar, sosial şəbəklərdəki paylaşımlar hədsiz dərəcədə çoxluq təşkiledirdi. Sözünü etdiyim verilişlərinbirində olunan müzakirə də, mütəxəsislərinfikrincə, daha acı nəticələrə səbəb olub (mənbə: https://ayna.az/news/7053).

Dəyərli oxucu, əzizsoydaş, bu yazını yazmaqda məqsədim odur ki, sizlərə bildiyiniz bir həqiqəti bir də mən deyim, deyim ki, bu cür hadisələrtək Azərbaycanda olmur. İstədim bir dahadeyim ki, psixoloji problemli insanlar tək bizdə deyil, onlardan dünyanın həryerində var. Bir də demək istəyirəm ki, buna bənəzr hadisələr hər dövrdə, əvvəllərdə, olub, sadəcə bu qədər geniş müzakirəyə verilməyib. Demək istədiklərim çoxdur, hələlik bu qədər bəsdir. Ancaq bizim tv – lərdəki bəzi proqramların,bizim bəzi saytlar kimi saytların və.s.başqa yerlərdə, hər halda özünə hörmət edən ölkələrdə olduğunu deyə bilmərəm,məsələn, Niderlandda yoxdur. Hələ MTRŞ (Milli Televiziya və Radio Şurası) kimiheç bir iş görməyən qurum isə ümumiyyətlə yoxdur.


P.S. Ümumi yanaşanda isə, Tv –lərimizin, mətbuatımızın bu gündəolduğu, kitabxanalarımızın sayının sürətlə azaldığı, savadın, biliyin, mənəviyyatındeyil, başqa dəyərlərin önə çıxarıldığı yerdə və.s. biz böyük millətik ki, beləqalmışıq.


[email protected]



TƏQVİM / ARXİV