“Medianın inkişafında Heydər Əliyevin rolu” adlı konfrans keçirildi - FOTOLAR - YENİLƏNİB

105 | 2025-07-08 15:40

Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib.

Adalet.az xəbər verir ki, iştirakçılar, əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərini, Azərbaycan mətbuat tarixində mühüm rol oynamış nəşrləri əks etdirən “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgiyə baxış keçiriblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının tarixi, inkişaf yolu, gələcək perspektivləri, eyni zamanda medianın cəmiyyətdə maarifləndirmə funksiyası və milli dəyərlərin təbliğindəki rolu barədə səsləndirdiyi fikirləri əks etdirən videoçarxla başlayıb.

    Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsiplərinin bu gün də dövlətin informasiya siyasətində və medianın fəaliyyətində öz əksini tapdığını və aktuallığını qoruyub saxladığını qeyd edib, Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsində, bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasında Ulu Öndərin əvəzsiz rolu barədə danışıb.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə baş tutan “Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri” mövzusunda panel sessiyada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusman, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov və əməkdar jurnalist Vüqar Rəhimzadə tərəfindən Ümummilli Liderin media sahəsində həyata keçirdiyi islahatlar, azad və peşəkar medianın formalaşmasında atdığı əhəmiyyətli addımlar barədə geniş müzakirələr aparılıb və həmin prinsiplərin bu gün də dövlətin media siyasətində əsas istiqamət kimi davam etdirildiyi vurğulanıb.

    Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, Heydər Əliyev ölkəsini xilas edib və bunun birbaşa sübutu var.

    Mixail Qusman noyabr ayında Prezident İlham Əliyevin Azərbaycan mediasının inkişafındakı rolu haqqında konfransın keçirilməsini təklif edib. Qusman qeyd edib ki, Prezident İlham Əliyevin 44 günlük müharibə zamanı verdiyi 26 müsahibə fantastik peşəkar jurnalist diplomatiyasının ən böyük nümunəsidir.

    Sessiyada çıxış edən AQUPDK-nin sədri Bahar Muradova deyib ki, demokratik dünyanın və demokratik düşüncəli insanların kəşf etdiyi və arxasında dayandığı ən önəmli nailiyyətlərdən biri mətbuatdır: Cəmiyyət inkişaf etdikcə mətbuatın da inkişafına şərait yaradır. Müstəqil dövlətlərin qurulması, inkişaf etməsi mətbuatın da, jurnalistlərin də əldə etdiyi nailiyyətdir”.

    Deputat Anar İsgəndərov qeyd edib ki, media Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir: "Bu gün həqiqətən çox güclü mətbuat var. Fürsətdən istifadə edib hər birinizi ürəkdən təbrik edirəm".

    Deputat Vüqar Rəhimzadə bildirib ki, mətbuat bayramı təkcə jurnalistlərin yox, həm də xalqımızın bayramıdır: "Söz azadlığı dövlət siyasətinin prioritetidir. Jurnalistikanın peşəkar formalaşması, dövlətə sadiqliyinin nümayişi, vətəndaşlara xidməti vacib amilləridir. Bu gün jurnalistika yüksək səviyyədə öz prinsiplərinə söykənərək fəaliyyət göstərir. Sevindirci haldır ki, xalqını sevən, hazırladığı reportajlarla, məqalələrlə peşəkar işlər ərsəyə gətirən jurnalistlərimiz var".

    Sessiyanın sonunda “Heydər Əliyevin təhsil siyasəti: jurnalist peşəkarlığının artırılmasında təhsilin rolu” mövzusunda dəyirmi masa keçirilib.

    Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə baş tutan müzakirədə jurnalistika və kommunikasiya sahəsində çalışan akademik nümayəndələr iştirak ediblər.

    Müzakirədə çıxış edən əməkdar jurnalist Qulu Məhərrəmli qeyd edib ki, "Jurnalistika" adının "Kommunikasiya və jurnalistika" kimi daha geniş və əhatəli bir anlayışla əvəzlənməsi bu sahədəki dəyişiklikləri daha dolğun ifadə edər və ixtisasın məzmununa uyğun olar.

    Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu qeyd edib ki, jurnalistika ixtisasında əhəmiyyətli dəyişikliyə ehtiyac var: "2025-ci ildən jurnalistikanın tədris proqramının dəyişməsini gözləyirəm. Proqram müasir dövrün tələblərinə cavab verməlidir. Bu, təkcə texnoloji yeniliklərə uyğunlaşma ilə məhdudlaşmır, eyni zamanda, informasiya cəmiyyətinin çağırışlarına, yeni peşə standartlarına və jurnalistikanın transformasiyasına cavab verən bir yanaşma tələb edir. Həmçinin bizim "Media savadlılığı" ixtisaslaşması barədə təklifimiz də var. Bu gün təkcə jurnalistlər deyil, cəmiyyətin bütün üzvləri üçün media savadlılığı zərurətə çevrilib. Ona görə də bu sahənin gələcək jurnalistlərə ayrıca öyrədilməsi vacibdir”.

    Müzakirədə diqqətə çatdırılıb ki, Ulu Öndərin təhsil strategiyası çərçivəsində jurnalistika sahəsində peşəkar kadr potensialının artırılması, ali təhsil müəssisələrində sözügedən ixtisasın inkişafı və təkmilləşdirilməsi ilə yanaşı, jurnalistikanın elmi əsaslara söykənən inkişafı üçün vacib islahatlar aparılaraq medianın keyfiyyətinin yüksəldilməsi təmin edilib.

     

    ***

    Bakıda Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib.

    Adalet.az xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsiplərinin bu gün də dövlətin informasiya siyasətində və medianın fəaliyyətində öz əksini tapdığını, aktuallığını qoruyub saxladığını qeyd edib.

    “Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri” mövzusunda panel sessiyada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusman, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov və əməkdar jurnalist Vüqar Rəhimzadə iştirak ediblər.

    Spikerlər Heydər Əliyevin media sahəsində həyata keçirdiyi islahatlar, azad və peşəkar medianın formalaşmasında atdığı əhəmiyyətli addımlar barədə müzakirələr aparıb və həmin prinsiplərin bu gün də dövlətin media siyasətində əsas istiqamət kimi davam etdirildiyi vurğulanıb.

    Tədbirin sonunda “Heydər Əliyevin təhsil siyasəti: jurnalist peşəkarlığının artırılmasında təhsilin rolu” mövzusunda dəyirmi masa keçirilib.

    Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə baş tutan müzakirədə jurnalistika və kommunikasiya sahəsində çalışan akademik nümayəndələr iştirak ediblər.

    Diqqətə çatdırılıb ki, Ulu Öndərin təhsil strategiyası çərçivəsində jurnalistika sahəsində peşəkar kadr potensialının artırılması, ali təhsil müəssisələrində sözügedən ixtisasın inkişafı və təkmilləşdirilməsi ilə yanaşı, jurnalistikanın elmi əsaslara söykənən inkişafı üçün vacib islahatlar aparılaraq medianın keyfiyyətinin yüksəldilməsi təmin edilib.

    Nicat Novruzoğlu

    • Iyul:
    • 4

    TƏQVİM / ARXİV