adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

 Makronun "ayıb" siyahısındakı "səfir Ann Buayon" səhifəsi - Getmək və qayıtmaq "ayıb"ı

584 | 2024-04-30 14:26

Fransa heç vaxt Azərbaycanın dostu olmasa da düşmənçiliyini 2020-ci ildən açıq müstəviyə keçirib . Fransa dövlət başçısı E, Makronun və Fransa parlamentinin üzvlərinin simasında o düşmənçiliyin dəfələrlə şahidi olduq.


Xatırlayırsınızsa, Fransanın Azərbaycandakı səfiri Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda aprelin 16-da məsləhətləşmələr üçün geri çağırılmışdı. Fransa XİN-in yaydığı bəyanatda qeyd olunmuşdu ki, xanım diplomatı Fransa Prezidenti Emmanuel Makron qəbul edib.
Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Şuşada diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri üçün keçirilən qlobal konfransda iştirak etməyən Fransa diplomatik korpusunun nümayəndələri bununla da ermənipərəst olduqlarını və Azərbaycanı sevmədiklərini təsdiq ediblər.

P.S. Mən deməmişəm, atalar deyib ki, “neyniyə -neyniyə” getdi, yeyə-yeyə də qayıtdı...


Əntiqə Rəşid
 

TƏQVİM / ARXİV