Qalumyan:"Yolu açın, əks halda qırmızı beretlilər zor işlədib yolu açacaq"
jpg-1715947174.jpg)
Xəbər verdiyimiz kimi, Tavuş vilayətinin Kirants kəndinə gedən yol bağlanıb. Ermənistan Daxili İşlər Nazirliyinin polis qüvvələri dəfələrlə vətəndaşların Kirants kəndi istiqamətində sərbəst gediş-gəlişini əngəlləyir və həmin icmanın heç bir sakinini kənara buraxmırdılar.
Odur ki, Kirantsın sakinləri dünəndən etibarən dövlətlərarası yolu bağlı saxlayırdılar və ərazinin Azərbaycana verilməsinə etiraz edirdilər..
Nəhayət Tavuş vilayətinin Kirants kəndinin icma rəhbəri Hayk Qalumyan sakinlərlə qapalı görüş keçirib. O dövlətin elçisi qismində bəzi ərazilərin Azərbaycana qaytarılmalı olduğunu sakinlərə ətraflı başa salıb. Qalumyan kənd əhalisinə ərazidən keçən dövlətlərarası yolun, müəyyən torpaq sahəsinin, tikintisi 2023-cü ildən başlayan və 100 milyon smeta dəyəri olan su nasos stansiyası Azərbaycanın nəzarətinə keçəcək.
Qalumyana etiraz edən, dövlətin qərarı ilə barışmayan kırantslıları icma rəhbəri bu sözlərlə yola gətirə bilib:” Əgər inadınızdan əl çəkib yolu açmasanız onsuz da güc strukturlarının, xüsusən də qırmızı beretlilərin sayəsində açılacaq. Ən yaxşısı sakitcə mövqeləri tərk edin.
Qalumyanın bu sözlərindən sonra kənd əhli yolun bağlanmasına xitam veriblər və ərazidən uzaqlaşıblar.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində Qazax-Tavuş (Tovuzqala) istiqamətində demarkasiya və 4 anklav olmayan kəndin Azərbaycana qaytarılması haqda danışarkən deyib ki, demarkasiya və delimitasiya üçün əsas 1976-cı il xəritələridir. Bu xəritələrdən Ermənistanın və Azərbaycanın harda olduğunu bilirik. Bu xəritələrə görə Ermənistan-Azərbaycan sərhədi tam mövcuddur.
Əntiqə Rəşid
Digər Xəbərlər

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Ombudsmana ən çox kommunallara görə müraciət edilib

Baş prokuror İraq Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR

Sabah çimərliyə gedənlərin NƏZƏRİNƏ!

Xüsusi nümayəndə: Ağdam şəhərində hazırda 10 minə yaxın şəxs yaşayır

Probleminlə bağlı polis rəisinə müraciət et - VİDEO

Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirib
