Əməkdar artist Könül Kərimova bayağı ifaçıların məşhurlaşmasında televizyaları günahlandırıb.
Adalet.az xəbər verir ki, K. Kərimova bayağı mahnı ifaçılarının efirə dəvət edilməsini qınayıb:
“Bayağı mahnı ifaçıları hər zaman olub. Sadəcə, hər kəsin öz yeri var idi. İndi yerləri səhv salıblar. Ona görə də onlar da çaşıb. Elə düşünürlər ki, nəsə bilirlər. Onlara riayət edib, öz yerlərini göstərsək, hər şey yerinə düşəcək.
Müğənninin duet ortağı Cabbar Musayev isə “1970-1980-ci illərdə də bunlar var idi. Aydınçik var idi, ona qulaq asırdım. Bütün Azərbaycan onu dinləyirdi. Ancaq ayağının altına gül səpib, onu televiziyaya gətirən yox idi. İndi Aydından da zəif ifaçıları şamlarla, güllərlə elə reklam edirlər ki... Oxuya bilməyənlərin bəxti onda gətirib ki, insanların çoxunun musiqi duyumu yoxdur” fikirlərini söyləyib.
Əntiqə
Yazarın digər yazarlar

Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək

Aparıcı "Kontakt Home"u rüsvay etdi - 8 qəpik borc qalmaqalı - VİDEO

Azərbaycan əhalisinin sayı açıqlandı

Bu il 2152 əkiz, 78 üçəm doğulub

"Bəzi travması olan insanlara səslənirəm..." - Namiq həmin görüntülərdən danışdı

"Onunla düşmən olmaq istəmərsiniz" - Trampla İlham Əliyev arasında maraqlı dialoq - VİDEO

Milli Məclisin növbəti iclasında nələr müzakirə olunacaq?
