“Qaçaqmal siqaretlər hər il dövlət büdcəsinə 20 milyon dollar zərər vurur” - Ekspert
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1 milyard 940.4 milyon manat xərclənib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,4% artıb.
Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, 1 milyard manatı bir ailə hər gün 10 min manat olmaqla 250 il ömür lazımdır ki, bu pulu xərcləyib qurtarsın:
“Əlbəttə, bu dəhşətli rəqəmdir. Azad İstehlakçılar Birliyi həyəcan təbili çalır. Çünki Azərbaycanda tütündən istifadə getdikcə artır. Xüsusən bu bizə çox sürətlə Türkiyədən keçir. Türkiyədə qadınların çox böyük hissəsi tütündən istifadə edir və getdikcə Azərbaycan qadınları da bu ənənəyə öyrəşir. Baxmayaraq ki, ölkədə tütün və tütün məmulatları haqda qərar qəbul olunub, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Tütün Əleyhinə Çərçivə Konvensiyasına qoşulub. Qanun qəbul olunandan sonra 6 dəfə onda dəyişiklik olub, sərtləşdirilib. Lakin qanun bir çox qanunlar kimi tələbləri yerinə yetirilmir. Tütün məmulatlarının tək-tək satışı davam edir. Azad İstehlakçılar Birliyi bundan çox narahatçılığını bildirir və üstəlik Azərnbaycanda tütün əkini stimullaşdırılır, subsidiya verilir. Bütün bunlar azmış kimi 6 ildir ki, Bakıda bir tütün fabriki meydana çıxıb, ən təhlükəli siqaretləri istehsal edir, ucuz qiymətə hər yerə yayır. Valideynlər bizə şikayətlərində bildirirlər ki, uşaqlarımıza yemək üçün verdiyimiz pulu onlar bu cür filtirsiz siqaretlərə verirlər. “Karvan” və “Marxal” adlı siqaretlər bunlardandır. Bununla yanaşı, qəlyan və “glo” adlı tütün qurudan vasitələr meydana girib.
Ekspert deyib ki, ölkədə spirtli içkilərin lobbiçiliyini aparan qüvvələr var:
“Əhalinin gəliri nisbətən artıqca restoranlara, toy mərasimlərinə daha çox gedir və burda da spirtli içkilər öz yerini tapır. Çox təəssüf ki, Azad İstehlakçılar Birliyi illər boyu təbliğat aparır ki, bu məsələlərin qarşısı alınsın”.
E.Hüseynov bildirib ki, üstəlik ölkədə mənşəyi məlum olmayan tütün məmulatları, elektron siqaretlər də var. İyirmi ildən çoxdur ki, Nərimanov rayonunda qaçaqmal tütün satışı açıq-aşkar həyata keçirilir. Nərimanov rayonunda yerləşən 7 saylı ASAN Xidmət Mərkəzi ilə üzbəüz moskviçdə bu satış həyata keçirilir. Bunu illərdir ki, kimsə himayə edir. Müəyyən beynəlxalq təşkilatların 2017-ci ildə hesablamasına görə qaçaqmal tütün məmulatlarından Azərbaycanın dövlət büdcəsi hər il 20 milyon dollar zərər çəkir. Bu kimi faktlar, eləcə də insanlar tütün məmulatlarına və spirtli içkilərə aludəçiliyi getdikcə artır və buda narahat doğuran amillərdəndir. Müsəlman ölkəsi olan Azərbaycanda gərək insanlar bundan uzaq olsunlar”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Noyabr 2025 11:25
“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim etdi - Foto
07 Noyabr 2025 12:16
“Ürək xəstəlikləri yalnız tibbi problem deyil, bir iqtisadi itkidir...”
06 Noyabr 2025 11:11
“Bütün növ əmək pensiyaları 10 faiz artacaq”
05 Noyabr 2025 17:34
Bakı-Təl-Əviv reyslərinin həftəlik sayı 21-ə çatdırılacaq - AZAL prezidenti açıqladı
05 Noyabr 2025 17:04
Azərbaycanda araq BAHALAŞACAQ
05 Noyabr 2025 16:06
“Zəngəzurda dəmiryol xəttini ABŞ deyil, Azərbaycan bərpa edə bilər”
05 Noyabr 2025 12:03
Keçmiş məcburi köçkünlərə aylıq müavinət üçün ayrılan vəsait açıqlandı
05 Noyabr 2025 11:12


Bakı -°C

