adalet.az header logo
  • Bakı -°C

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq

64 | 2026-03-17 15:39
A- A+

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 122.2.3 və 449.3-cü maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 7-nə təyin edilmiş iclasında baxılacaq.

  • Mart:
  • 6

TƏQVİM / ARXİV