Mirasın vərəsə tərəfindən qəbuluna dair yeni prosedur müəyyənləşdi
Mirasın vərəsə tərəfindən qəbuluna dair yeni prosedur müəyyənləşib.
Adalet.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da etdiyi dəyişiklikdə əksini tapıb.
Notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək. Həmin şəxslər vərəsəlik şəhadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə bilərlər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılacaq və vərəsəlik şəhadətnaməsində yekun payı göstəriləcək.
İndiyə qədər qüvvədə olan Təlimata əsasən, vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Dəyişikliyə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə habelə 3 ay ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.
Hazırda əgər vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə miras açıldığı gündən altı ay ərzində verilərsə, bu müraciət mirasın qəbul edilməsi haqqında ərizə kimi qəbul edilir. Dəyişikliyə görə, vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə mirasın qəbul edilməsi haqqında ərizə kimi qəbul ediləcək.
Digər Xəbərlər
17 Mart 2026 17:18
Elçin Quliyev onları təltif etdi
17 Mart 2026 16:57
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı
17 Mart 2026 16:07
“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib - FOTOLAR
17 Mart 2026 15:33
Rövşən Rzayev Cəbrayılda qəbul keçirdi
17 Mart 2026 13:30
Azərbaycanda bu şəxslər 2 min manatadək cərimələnəcək
17 Mart 2026 13:30
Yeniyetmələrin dilənçiliyə cəlb edilməsinə görə cərimə 5 dəfə artırılır
17 Mart 2026 13:20
Ölümlə nəticələnən yol qəzaların yarısı piyadavurma hallarıdır
17 Mart 2026 13:15


Bakı -°C

