
Onları aktual edən məqamlar var. Misal üçün, Azərbaycanda dini irtica bu gün böyük səviyyədədir. Azərbaycanda savadsızlıq bu gün də yenidən aktualdır. Azərbaycanda süründürməçilik, rüşvət bu gün də var. Lakin bütün bunlarla bərabər Azəbaycanda ictimai şərtlər tamam başqadır. Misal üçün, bu gün Azərbaycanda bir talış, ya da ləzgi öz dilində qəzet, ya da jurnal buraxsa (hərçənd Talışi-sədo qəzetinin baş redaktoru həbsdədir və AŞPA onu siyasi məhbus siyahısına daxil edib) o da Molla Nəsrəddinlə demək olar ki, eyni problemləri qaldıracaqdı. Misal üçün, yazacaqdı: bağışlayın ki, mən sizinlə doğma ləzgi dilində danışıram. Şərtlər kifayət qədər dəyişib. Şərtlər dəyişdiyinə görə ortaya yeni ədəbiyyat çıxmalıdır. Sözün bütün mənalarında-üslub, ideya, yazı manerası, dil baxımından yeni ədəbiyyat.
Onların aktual olduğu məqamlar da var, aktual olmadığı da. Misal üçün, Molla Nəsrəddin jurnalının ciddi şəkildə qoyduğu dil poblemini bu gün aktual hesab etmək olmaz. Son dövrlərdə medianı gündəminə girən bu problemi mən problem hesab etmirəm. Azərbaycanda azəri türkcəsinin hakimiyyəti tam bərqərar olub. Qəzet, jurnal və kitabların əksər hissəsi doğma dilimizdə çap olunur. Düzdür, azəri türkcəsinin özündə də islahatlar aparmaq, onun semantikasına uyğun gəlməyən sözləri yığışdırmaq lazımdır. Lakin bu problemin əsas istiqamətləri artıq həll olunub. Misal üçün, Mirzə Cəlil,