"Kiyev sülhə yol açmaq əvəzinə, faydasız müqavimətini davam etdirir".
Adalet.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü vurğulayıb ki, "Kiyev lazımi məsuliyyətli qərar qəbul etmək və gələcək sülh prosesinə yol açmaq əvəzinə, faydasız müqavimətini davam etdirir".
Peskov qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Volodimir Zelenskini razılığa gəlməyə çağırışları Ukraynanın sülh yolu ilə həllinə mane olduğunu təsdiqləyir.


Bakı -°C
