SSRİ bayrağı qaldıran Saleh Səmədov vəzifəsindən AZAD EDİLDİ

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad edilib.
Adalet.az xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin məlumatına əsasən, qeyd olunub ki, S.Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub.
S.Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.
Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.
Digər Xəbərlər

Qaz təchizatının kəsilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir

Qırıcı təyyarələrimizin hazır vəziyyətə gətirilməsi ilə bağlı xəbər yalandır

Müharibə veteranlarına verilən 80 manat artırıla bilər? - Rəsmi açıqlama
