“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar paytaxtın Suraxanı rayonunda “ECOLEAD” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Adalet.az xəbər verir ki, aksiya zamanı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 200-dən çox ağac əkilib.
Məlumat üçün qeyd edək ki, 2024-cü ildə Baş Prokurorluğun təşəbbüsü əsasında icrasına başlanılan “ECOLEAD” layihəsi çərçivəsində hazırkı vaxtadək Bakı şəhərinin Suraxanı, Nəsimi, Binəqədi, Yasamal və Xətai rayonları ərazisində ümumilikdə 10 ha ərazidə 2200-dən çox ağac əkilib.
Hazırda Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Qarabağ Universiteti tərəfindən birgə həyata keçirilən ECOLEAD layihəsindən irəli gələn məqsədlərin gələcəkdə də icrası nəzərdə tutulur.


Bakı -°C
