adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

İsrail "Rəfah" keçid-burxılış məntəqəsini nəzarətə götürdü

618 | 2024-05-07 11:37

İsrsilin müdafiə ordusu (TSAXAL) Qəzza bölgəsində Rəfahın keçid-buraxılış məntəqəsini nəzarətə götürüb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrailin müdafiə ordusinun 401-ci alayı keçirilən əməliyyat çərçivəsində "Rəfah" keçid məntəqəsini nəzarətə götürüb"- deyə məlumatda bildirilir.

 Hərbiçilərin məlumatına görə, radikal  HƏMAS hərəkatı, bu məntəqədən İsrail hərbiçilərinə hücumlar həyata keçirirdilər. 

 Bildirilir ki, əməliyyatın gedişi zamanı HƏMAS şəxsi heyyətinin döyüşçüləri və infrastrukturları məhv edilib. Müdafiə Ordusu qeyd edir ki, Rəfahda hərbi əməliyyatların keçirilməsi beynəlxalq təşkilatlarla razılaşdırılıb. Onlardan həmin ərazilərdən dinc əhalinin təxliyyə edilməsində yardım etmələri istənilib.

Əməliyyat öncəsi yayılan məlumatlara görə, HƏMAS atəşin dayandırılması ilə bağlı qarşı tərəfin təkliflərini qəbul etmişdi. Rəfahın nəzi sakinləri bu xəbəri  az qala bayram kimi qeyd etməyə hazırlaşırdılar. Lakin şəhər gecə saatlarında İsrail tərəfindən intesiv raket zərbələrinə məruz qalıb. 

The Times of İsrael, baş nazir Benyamin Netanyahunun dəftərxanasına istinadən bildirib ki, Tel-Əviv girovların qaytarılması ilə bağlı HƏMAS-a təyziq gpstərilməsi üçün Rəfaha qarşı hərbi əməliyyatları davam etdirməyi qərara alıb.

  Rüstəm Hacıyev

TƏQVİM / ARXİV