Cümhuriyyət günündəki duyğularım: Azərbaycan – qayalarda bitən bir çiçək...

Əntiqə RƏŞİD
3591 | 2024-05-28 10:10

Hamımız bilirik ki, yurdumuz elə bir geopolitik məkanda yerləşir ki, dostumuzdan çox ətrafımızda düşmənlərimiz var! İran hər zaman Şimali Azərbaycanı öz torpaqlarına qataraq böyük İran yaratmaq üçün fürsət gözləyib.

70 il  sovet hökümətinin işğalında olduğumuz üçün bu fürsətdən məhrum qalıb. Amma 1813-1828-ci ildən bu günə qədər əlindən gələ bilən ən xırda pisliyi etməkdən imtina edib. Qonşumuz və din qardaşımız dediyimiz İranın- farsların çox yox tək bir xəyanətini deyək: İranın Xudafərin Xəyanəti: Ordumuzu dinləyib, məlumatları Ermənistana satıb. Bəli, minlərlə şəhid igidimizin qanında onun da əli var.

Rusiya - Rusiya olalı, ərazisində ilk feodal dövlətlər qurulandan (944-cü il) bu günə qədər Azərbaycanı öz ərazisi, azərbaycanlıları öz qulu, təbəəsi görməyə alışıq olub. Hər zaman qoşunu-ləşkəri ilə yurdumuzun hər bucağına qan çiləyib. Rusiyanın, istər çarizm, istər bilşevizm, istərsə də sosilizm dövründə azərbaycanlılara qarşı soyqırım edib.
1813-28-ci ildən isə Rusiyanın Qafqaza köçürdüyü ermənilər və Qafqazda qurduğu Ermənistan dövləti isə Rusiyanın əlində Azərbaycanı cəzalandırmaq üçün işğəncə aləti olub.
Gürcüstan isə gücsüz, qüdrətsiz bir ölkə olduğu üçün heç vaxt Azərbaycanla açıq savaşa girməyib. Məsələn 1139-cu ildə Gəncə ərazisində dəhşətli bir zəlzələ baş verir. O zəlzələ o qədər dəhşərli, dağıdıcı olur ki, Kəpəz dağının zirvəsi uçaraq Qoşqar çayının qarşısını kəsir və orada indiki Göygöl yaranır. Təsəvvür edin, zəlzələ həmin illərdə nəinki taxtadan, qamışdan, çiy kərpicdən, palçıqdan olan evləri eləcə də, sarayları, qəsrləri, qalaları yerlə yeksan edir. Gəncəlilərin tarixdə ən aciz, ən ağır, özünü müdafiə etməsi mümkün olmayan bir dəhşətli gün.. Ordu da tari-mar...
Belə bir müdhiş gündə şəhərə qarət məqsədilə hücum edən gürcü çarı I Demetre 1139-cu il şəhərin müdafiəsiz olmasından istifadə edərək məşhur Gəncə qapılarını qənimət götürür. Silahlı ordu isə müdafiəsiz xalqın varını yoxunu talayır. Bu qədər namərd və alcaq bir qonşu.
Sonuncu dəfə onun namərdliyini bizim Keşikçidağ monastrımızı tələb edəndə (2019), Fransanın silah yardımının İrəvana öz ərazisində yol verərək çatdırmasında gördük (2024). Minlərlədir belə faktlar


Belə bir namərd, fürsətcil, ədalətsiz, işğalçı ruhlu qonşularımız ola-ola belə bir gərgin regionda müstəqil dövlətimizin yaranması sözün həqiq mənasında tarixlərə, toplu-toplu kitablara, filmlərə, sığmayacaq bir qəhrəmanlıqdır. Bu qəhrəmanlığı isə Məmməd Əmin Rəsulzadənin başçılığı altında Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu
Əminov Ağakərim Məşədi Kərim oğlu
Əsədullayev Mirzə Şəmsi oğlu
Gindes Yevsey Yakovleviç
Hacınski Camo bəy Süleyman oğlu
Hacınski Məmmədhəsən Cəfərqulu oğlu
Həsənov Əlağa Hacı Süleyman oğlu
Xasməmmədov Xəlil bəy Hacıbaba oğlu
Xoyski Fətəli xan İsgəndər xan oğlu
Xoyski Rüstəm xan İskəndər xan oğlu
Qaplanov Rəşid xan Zavid oğlu
Qardaşov Aslan bəy
Lizqar Konstantin Nikolayeviç
Mehmandarov Səməd bəy Sadıx bəy oğlu
Məlik-Aslanov Xudadat bəy Ağa bəy oğlu
Məhəmmədbəyli Heybətqulu Həbibulla oğlu
Pepinov Əhməd bəy Ömər oğlu
Rəfiyev (Rəfizadə) Musa bəy Hacı Məmmədhüseyn oğlu
Səfikürdski Aslan bəy Ağalar bəy oğlu
Sultanov Xosrov Paşa bəy oğlu
Şahsuvarov Nurməmməd bəy Ədilxan oğlu
Şahtaxtinski Həmid bəy Xəlil ağa oğlu
Şeyxülislamov Əkbər ağa İbrahim oğlu
Topçubaşov (Topçubaşı) Əlimərdan bəy Ələkbər bəy oğlu
Vəkilov Mustafa bəy Nadir ağa oğlu
Yusifbəyli Nəsib bəy Yusif oğlu
Cəfərov Məmməd Yusif Hacıbaba oğlu
Cavanşir Behbud xan Azad xan oğlu
Aşurov Ağa Hacı Aslan oğlu
Rəfibəyli Xudadat bəy Ələkbər bəy oğlu
Ziyadxanov İsmayıl xan Əbülfət xan oğlu
Makinski Teymur bəy Məhəmmədqulu bəy oğlu
Nərimanbəyli Nəriman bəy Həşim bəy oğlu
Viktor Viktoroviç Kleneveski
İ.N. Protasov
Masey Aleksandroviç Sulkeviç
Şıxlinski Əli Ağa İsmayıl Ağa oğlu
Səlimov Həbib bəy Hacı Yusif oğlu
Məmmədbağır Saleh bəy oğlu Şeyxzamanlı
Nağı bəy Saleh bəy oğlu Şeyxzamanlı
Nuru Paşa Killigil
Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli
Ceyhun Əbdülhüseyn bəy oğlu Hacıbəyli
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov
Cavad Məhəmmədəli oğlu Axundzadə
Mir Yaqub Mir Əbdüləziz oğlu Mehdiyev
Məhəmməd Hacı Bayram oğlu Məhərrəmov
Abbas bəy Seyfulla bəy oğlu Atamalıbəyov
Əhməd bəy Həsən bəy oğlu Ağaoğlu
Yusif Vəzir Çəmənzəminli
Məhəmməd xan Təkinski
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev
Adil xan Əbülfət ağa oğlu Ziyadxanov
Cəfər bəy Rüstəmbəyli
Vəkilov Faris bəy İbrahim ağa oğlu
Vasili İvanoviç Razumovski
Stanislav Stanislavoviç Vonsoviç
Rəhim bəy Alı ağa oğlu Vəkilov
Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov və minlərlə cümhuriyyət uğrunda canından keçmiş ağıllı, zəkalı, azadlıqsevər, vətənpərvər, vətən üçün canını heçə sayan, özünü qurban verən oğulların hesabına Azərbaycan Xalq Cümhuriyyəti - Müstəqil Azərbaycan dövləti yarandı.
Bu gün nəinki adını qeyd etdiyimiz Azərbaycan oğullarının, eləcə də, adını bilmədiyimiz, tanımadığımız, amma özünü cümhuriyətin qurulması yolunda fəda edən bütün oğulların ruhu qarşısında baş əyməyimiz lazımdır.
Cəmi 23 ay yaşayan o Cümhuriyyətdən bizə böyük bir dövlətçilik miras qalıb! İndi Dövlətimiz var, Müstəqil Azərbaycanımız var, yer kürəsində yaşayan 50 milyondan çox azərbaycanlının ürəyi bizimlə bir vurur, Müstəqil Azərbaycanla qürur duyur.
Sonda xalqıma bir tövsiyyəm var: Dünyada böyük xalqlar var, millətlər var, amma dövlət ola bilməyiblər. Onların haqqını ya başqa dövlətlər, ya da beynəlxalq təşkilatlar özlərinə sərf etdiyi kimi və etdiyi qədər qoruyur. Dövlətimiz bizim dünyadakı ən böyük nemətimizdir. Çalışın onu sevin qoruyun, ya da qoruyun və sevin!
Canım sənə fəda olsun, dövlətim! Başım yoluna qurban Müstəqil Azərbaycan Dövləti!
Ruhlarınız şad olsun, vətən üçün dövlət üçün canını fəda edən igidlərimiz!

Azərbaycanı eynən Məmməd Araz kimi  sevək:

Azərbaycan – qayalarda

bitən bir çiçək,

Azərbaycan –

çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı

vəsf eləyərək,

Azərbaycan dünyasından

baxar dünyaya.


Azərbaycan mayası nur,

qayəsi nur ki...

Hər daşından alov dilli

ox ola bilər.

"Azərbaycan!" deyiləndə

ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,

Oğulların göz atəşi gözəl əridir.

Azərbaycan səhərinin

bəbəklərində

Qütb ulduzu,

dan ulduzu gözəlləridir.


Tariximə qara xətli hicri, miladi

Qılıncların qan ağzıyla

yazılmadımı?

Babaların boz çöllərə bənzər

Muradı

Qızıl bayraq

dalğasından yaz almadımı?!


İllər olub-kürrələrdə

dəmir olmuşuq.

Sərhədlərdə dayanmışıq

küləkdən ayıq.

Od gölündə,

buz çölündə gəmi olmuşuq,

Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,

Dalğalandı Sabirlərin

ümman dünyası,

Azərbaycan qatarı da yollara çıxdı

Dağılanda Qoca şərqin

duman dünyası.


Azərbaycan mayası nur,

qayəsi nur ki...

Hər daşından alov dilli

ox ola bilər.

"Azərbaycan!" deyiləndə

ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

 Azərbaycandan dünyaya  baxan və vətənin  daşı olmağa çalışan Əntiqə Rəşid   

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV