İranla İsrail arasında atəşkəs elan olundu - YENİLƏNİB

147 | 2025-06-24 09:06

İsrail və İran atəşkəşə razılaşıb. 

Adalet.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası Tehran və Təl-Əviv arasında atəşkəsin başladığını bildirib. 

 

Məlumata görə, daha öncə “Əl-Cəzirə” telekanalı da İran və İsrail arasında atəşəkin başladığını qeyd edib. 

***08:47

"İsrail İranın öz ölkələrinə hücumlarını dayandırması şərti ilə atəşkəsə razılaşıb". 

Adalet.az xəbər verir ki,  bu  barədə CNN Ağ Evin yüksək rütbəli rəsmisi istinadən məlumat dərc edib. 

Mənbə bildirib ki, İran da bu şərtlərlə razılaşıb.

Telekanalın qeyd etdiyi kimi, danışıqlar zamanı ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birbaşa əlaqə saxlayıb, vitse-prezident J.D.Vans, dövlət katibi və milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio və xüsusi elçi Stiv Vitkoff isə birbaşa və dolayı kanallar vasitəsilə İranla şərtləri müzakirə edib.

Ağ Ev bildirir ki, razılaşma yalnız ABŞ-nin şənbə günü İranın üç nüvə obyektinə endirdiyi zərbələr nəticəsində mümkün olub.

Tramp həmçinin Qətər əmiri Təmim bin Həməd bin Xəlifə Al Tani ilə birbaşa danışıb və atəşkəs razılaşmasının əldə olunmasında vasitəçilik etdiyinə görə ona təşəkkür edib.

 

TƏQVİM / ARXİV