Ermənilər indi də "yəhudilər erməni irsini məhv edir" deyərək kövrəlməyə başlayıb.
Adalet.az xəbər verir ki, İsrailin Tehrana növbəti hücumu zamanı şəhərdəki - Vanq rayonunda Ararat idman stadionunun bir neçə pəncərə və qapısı yüngül zədələnib.
İran mənbələrinin verdiyi xəbərə görə, ağır dağıntı olması ilə bağlı yayılan xəbərlər yalandır və reallığa uyğun gəlmir.
Xatırladak ki, “Ararat” idman stadionu 1971-ci ildə tikilən və İran ermənilərinin ən böyük mərkəzlərindən biri olan 10.000 yerlik futbol stadionudur. İranda 1944-cü ildə qurulan və İran ermənilərinin ən böyük birliklərindən biri olan Erməni Mədəniyyət Ararat Təşkilatına məxsusdur .
Kompleks üçbucaq şəklində 74 min kvadratmetr ərazini əhatə edir. Kompleksin cənub-şərq hissəsindəki stadionun yaxınlığında İran-İraq müharibəsində həyatını itirmiş İran erməni əsgərlərinin xatirəsinə qismən tikilmiş Müqəddəs Xaç kapellası (Surp Xatç) yerləşir .
Ararat İdman Kompleksində həmçinin iki üzgüçülük hovuzu, qapalı basketbol meydançaları, bilyard stolları, qayayadırmanma qurğusu, badminton meydançaları, tennis meydançaları, idman muzeyi var.
İştirakçıların fikrincə, İdman Kompleksinin özünəməxsus erməni ab-havası var, burada erməni əlifbası ilə işarələr görünür, erməni qəhvəsi verilir, ənənəvi erməni musiqisi səslənir və fars dilində nadir hallarda danışılır.
Bununla belə, ümumi islam qaydalarına əməl edilməli olan, məsələn, futbol matçları kimi millətlərarası fəaliyyətlər var. 2016-cı ilin sentyabrında Tehranın Ararat Kompleksində İran, Ermənistan və Gürcüstandan 800-ə yaxın erməni idmançının iştirakı ilə Ümumerməni Oyunları keçirilib. Açılış mərasimində Həsən Ruhaninin dini azlıqlarla iş üzrə köməkçisi Əli Yunesi iştirak edib.
Ararat Stadionunda oynayan ən mühüm idman klubu 1944-2009-cu illərdə mövcud olmuş və müflis olduğu üçün ləğv edilmiş FC Ararat Tehran futbol klubudur. Ancaq 2014-cü ildə yenidən quruldu və 2015-ci ildə Tehran vilayətinin liqasında oynayırdı.
Artıq 55 ilə yaxındır ki, İranın erməni icmasının mühüm mərkəzlərindən biridir və burada milli-mədəni şənliklərdən tutmuş böyük maarif, idman və ictimai konfranslara qədər Tehranın bütün mühüm icma tədbirləri keçirilir.
Onu da xatırladaq ki, hələ 2019-cu ilədə Tehranda ermənilərin tədbir keçirdiyi "Ararat" idman klununun divarlarına "Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır" sözləri yazılmışdı.
P.S.Son illərdə aparılan hesablamalar ermənilərin sayının daha az, 60–80 min civarında olduğunu göstərib. İran ermənilərinin çoxusu Tehran və İsfahan şəhərlərində yaşayır. İndi o 60-80 min erməninin Tehrandakı stadionunun möhtəşəmliyini fotolardan izləyin
Əntiqə Rəşid