Biləşmiş Ştatlar müharibəyə qoşuldu... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
117 | 2025-06-23 10:39

Gözlənildiyi kimi Amerika Birləşmiş Ştatları İsrail- İran müharibədinə qoşuldu. Bazar gününə keçən gecə ABŞ hərbi hava qüvvələri İranın Natanze, Fordo və İsfahanda yerləşən nüvə obyektlərinə 30 tonluq bombalarla avia zərbələr endirdi.

 Rusiya Federssiyası bu hücumları BMT-nin nizamnaməsinn və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirdi (???). (Özləri guya beynəlxaq hüquqlara və BMT nizamnamələrinə çox hörmət edirlər. Kor-kora kor deməsə məsəli). 

Yarandığı gündən hələ bir yaralı barmağa "məlhəm" olmağa belə yaramayan BMT-nin baş katibi yaranmış vəziyyəti təhlükəli eskslasiya və qlobal təhlükəsizliyə təhdid kimi qiymətləndirdi. Baş katib ABŞ-ı qınamağa hünəri çatmasa da, tərəfləri diplomatiya yoluna qayıtmağa çağırdı.

 Özünü "vacib perşona" sayan, yuyulmamış çömçə kimi, hər söhbətə "məndə varam" deyərək başını soxan Fransa prezidenti Emmanuel Makron, tez-tələsik İran prezidenti Məsud Pezeşkiana zəng edərək, Yaxın Şərqdə münaqişənin "deeskalasiyasına" yardım etməyə hazır olduğunu bildirib. İran prezidenti ona  cavabında, əslində onun bu məsələnin həllində heç kim olduğunu göstərib: "Amerikalılar bizə hücum edib. Siz bizim yerimizdə olsanız nə edərdiniz? Təbii ki, onlar cavabını almalıdırlar"- deyə bildirən Məsud Pezeşkian bəyan edib ki, ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarına  mütləq cavab veriləcək.

İran prezidenti Fransa prezidenti ilə telefon danışıqları zamanı  qeyd edib ki,  iran xalqını kimsə qorxuza və güc qarşısında təslim olmağa məcbur edə bilməz: "Diplomatiya tərəflərin ohtəliklərini yerinə yetirdiyi zaman işləyir. Əgər tərəflərdən biri digərinə hücum edirsə və etibarını itirirsə, onda diplomatiya işləmir".

BMT-ni özünün qeyri hökumət təşkilatı kimi qəbul edən ABŞ prezidenti Donald Tramp, "Beynəlxaq təşkilatın" baş katibinin çağrışına heç əhəmmiyyət belə vermədən, bəyan edib ki, "İranın hazırki rəhbərləri ölkələrini qüdrətili dövlət edə bilmirlər". Ona görə də, İranda hakimiyyəti dəyişmək istəyir. 

 ABŞ prezidentinin bəyənatına  "hörmətlə yanaşmağa"dəyər. Adamın rəhbərlik etdiyi hegemon dövlət on illərdi Əfqanıstanda, İraqa, Liviyanda, Suriyada hakimiyyətləri dəyişdi, bu ölkələri  "xobəxt günə" çıxardı. İllərdi Ukraynanı da "xoşbəxtlərin" cərgəsinə qoşmaq istəyir, amma hələ ki, "arzusuna" çatmayıb. İndi İranı da,  bu "xoşbəxtlərin" siyshısına  əlavə etmək istəyir.

Tramp nə deyirsə desin, ABŞ artıq İsrail-İran müharibəsinə qoşulub. Hələ ki, İranın nüvə infrastrukturuna zərbə endirib, yüzlərlə insanın həyatına son qoyub, 3000 -dən çox adamın yaralı olduğu barədə məlumatlar var. Yəqin ki, İran prezidentinin də dediyi kimi, nüvə obyektlərinə zərbələrə görə, cavab alacağı gündə uzaqda deyil. 

İran tərəfi hələ ki, nüvə obyektlərinə hücumdan sonra, yenidən İsrail ərazilərini raket atəşinə tutub...

Görünən odur ki, münaqişənin diplomatik həllinə ümidlər tükənməyə doğru gedir. Ortada təəssüflər olsun ki, bu müharibəni yatıra biləcək, başda BMT olmaqla nə bir nüfuzlu beynəlxalq təşkilat qalıb, nə də bir nüfuzlu dövlət.  

Hər şey qalıb Allahın ümidinə. Belə görünür ki, İranı uzunmüddətli, üzücü müharibə gözləyir... 

 

TƏQVİM / ARXİV