adalet.az header logo
  • Bakı 11°C

İnanclarımızın doğrulduğu məkan – Mir Mövsüm ağa ziyarətgahı

79256 | 2020-01-13 10:37


(Birinciyazı)

Biz balaca olanda ancaq iki müqəddəs ocaq tanıyırdıq. Ağdamda Seyid Lazım ağanın vəAğdamın Güllücə kəndində SeyidFüqara babanın ocaqlarını dəfələrlə ziyarət eləmişdik. O vaxtlar- təxminən 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin tələbələrikəndimizə pambıq yığımına gəlmişdilər .İki tələbə qız da bizim evdə qalırdılar. Mən ilk dəfə, "Ətağa”, "Mir Mövsümağa” sözlərini onlardan eşitdim və israrla onun nə demək olduğunu öyrənməyəçalışdım. Elə onda uşaq ağlımla anladım ki,sən demə bakılılarında öz seyidləri,öz "baba”ları varmış. BöyüdükcəMir Mövsüm ağa haqqında daha çox rəvayətlər, əfsanələşmiş həqiqətlər öyrəndim.

Əvvəlcə qeydedim ki, hələ 2013-cü ildə ABŞ-da Kolumbiya Universitetinin alimlərimüəyyənediblər ki. Allaha inanmaq insanı depressiyadan qoruyur. Onlar bildiriblər ki,beyindəki boz maddə ilə insanın dini inancı arasında rabitə var.

İnsanda depressiyanın inkişafına müxtəliffaktorlar təsir göstərə bilər. Onlardan biri genetik meyillilikdir. Həttamüəyyən edilib ki, psixi pozğunluqdan, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlarasYaradana inanarlarsa, daha tez müalicə olunurlar.


Tanıtım

AzərbaycanAllaha, Allahın saf və müqəddəs, seçilmişbəndələrinə, ziyarətgahlara inam olan ölkələrdən biridi. Seçilmiş, fərqli,fenomen deyilən insanlardan biridəMir Mövsüm ağadır. Onun dəfn olunduğu yer isə Azərbaycanda ən müqəddəs məkanhesab olunur. Tədqiqatçı-yazıçı Paşa Yaqub yazır:” Seyidəli 1883-cü ildə İçərişəhərFirdovsi küçəsi 3 saylı mənzildə Seyid Mir Talib Ağanın ailəsində dünyayagəlib. Doğulduğu ocaq babası kəramət sahibi Mir Mövsüm ağanın adı ilə məşhurolduğundan və həmin kəramət zaman-zaman Seyidəlidə təcəlli etdiyindən onababasının adıyla "Seyid Mir Mövsüm Ağa” – deyə müraciət ediblər.Anası Xədicəxanımın deməsinə görə "o, normal uşaq kimi dünyaya gəlib. Anasıbir həftədən sonra bələyi açır ki, uşağı çimizdirsin, görür ki, bələk qan içindədir,o vaxt həkim olmadığı üçün axund çağırırlar. O baxır deyir ki, "Allaha pənah,bu uşaq qalar, ya qalmaz”. Çoxlu qan itirdiyinə görə uşağın bir tərəfi iflicolur. Danışığı da qüsurlu olur. O, sümüksüz deyildi, uşaq iflici olduğundansümüyündə kalsium azlığı olub, qamətini şax saxlaya bilmirdi. Buna baxmayaraq o, hamıdan fərqlənirdi. Əlinixəstəyə çəkən kimi, həmin şəxsin bütün ağrıları keçirmiş.Hələ sağlığında əfsanəvibir nüfuza malik olmuşdur. İnsanlara təskinlik, inam, mənəvi qüvvə təlqin edən,cəfadan qurtarıb şəfa verən, fitri istedad, ecazkar qabiliyyət sahibi kimi o,böyük nüfuz qazanmışdı”.

Deyilənəgörə, müharibə illərində Ağa Seyid Əlidən böyük məbləğdə vergi alınırdı.Çoxlarının cəllad kimi baxdığı Bağırovun hakimiyyəti dövründə heç vaxt BöyükAğanı həbs etmək üçün gəlmirdilər.

Müharibədənsonra da Böyük Ağanın ocağından dövlətə yüksək məbləğdə vergi ödənirdi. Özevində isə bir taxtdan, dolabdan, dəmir çarpayıdan, stullardan başqa heç nə yoxidi… Bir dəfə Böyük Ağanın adından verilən vergi gecikdirilir. Rayon maliyyəşöbəsində onun borcu hesablanılır. Bu məbləğin ödənilməsi üçün çıxarılan qəraraəsasən, Ağanın evindən əşyalarını aparmağa gəlirlər. Sürücü məsələni yalnız AğaSeyid Əlinin evindəki avadanlıqlar maşına yükləndikdən sonra bilir. O, maşınısürməkdən imtina edir. Nə qədər israr edirlərsə, razılıq vermir: "Aparabilmərəm, mənim ailəm var", - deyir. Bundan sonra üç-dörd sürücü gətirirlər.Onlar da Ağanın evinin əşyalarını aparmaqdan imtina edirlər.


Uzun illərdənsonra ali məktəbə-jurnalistikanın ödənişli (qiyabi) fakültəsinə qəbul olundum. O vaxt ödəniş haqqım 480 dollar gösrəlidi.Bir yandan oxumaq arzum, diğər yandan o ödənişi ödəmək imkansızlığımız... Həmin vaxt yurdumuz daişğal olunmuşdu,var-dövlətimiz də yağmalanmışdı. Ömründə heç kəsə ağız açmayan, əyilməyən atamkimsədən yardım istəmədi. Mənim təhsil almaq arzumu gördü, son güman yerimiz olan inəyi satmaq məcburiyyətindəqaldı. Cəmi 250 dollar çıxarda bildi. Qəpiyinə də toxunmadı. 10 dollar yolpulum qalanı isə ödənişim. Yeri gəlmişkən,həmin vaxt nə Seyid Lazım ağanın və Seyid Füqara babanın ziyarətgahı qalmışdı.Gedib imdad diləməyə müqəddəs məkanımız da yox idi. Ermənilər o müqəddəs yerləridə işğal etmişdilər.

Xülasə,pulunyarı hissəsini ödəməyə gələndə, qəbul şöbəsində bildirdilər ki, gərək pulu bütöv ödəyəsən. Əks halda sənədləringötürülməyəcək. Əlimdə 240 dollar pul pəncərənin qabağında durub ağlamağabaşladım. Ağlaya-ağlaya astadan "Ya Allahım, Mir Mövm ağa xatirinə mənə köməkol”-deyirdim. Qəbul şöbəsindən çıxan bir qadın mənim ağladığımı görüb yanına çağırdı. Məsələni öyrənəndən sonra 240dolların ödənilməsini və mənə "kağız” verilməsini təşkil elədi. Amma dönə-dönətapşırdı ki, çalış bir həftəyə pulun qalanını gətir.

Bilmirdim sevinim ya ağlayım. Əlimdə qəbulla bağlı "kağız”a baxıb sevinmək istəyəndə,qadının tapşırığı yadıma düşürdü, gözümün yaşı sel olurdu. 3-4 aydan sonra dərsbaşlayacaqdı. Dərdimi evimizə deyə bilmirdim,xəstə və pensiya yaşında olan ata-anamın kömək edə bilməyəcəyini anlayırdım.Bu xəbəri verməklə onları da üzəcəyimdən qorxurdum. Qohumlarım tərəfindən bir uşaq mağazasındasatıcı işinə düzəldim. Opulla da ancaq kirayə haqqımı və gündəlik çörək pulumu cıxara bilirdim. Amma hər həftə Mirmöhsünağa ziyatərgahına gedir, ağanın qəbrinin başına dolana-dolana durumumu, təhsildənayrılacaq qorxumu yadıma salıb ağlayır, Allahdan yardım istəyirdım.

Dərs günü yetişdi. Qrupumuzda 31 tələbə vardı, təsadüfəbaxın, içlərindəyeganə köçkün,yeganə kasıb mən idim.Hamıdan nə qədər ödəniş etdiyini soruşanda”hamısını”cavabını eşidəndə halım daha daqarışırdı. kcə, yarımcıq ödənişi edən mən idim.

Dedilər,birinci dərsdə rektor, rektorun müşavirləri, dekanlar fakültələri gəzirlər. Qorxumdan gedib arxa partaların birindəoturdum. Oturduğuma baxmayaraq 6-7 müəllimdənibarət "rektorun dəstəsiiçəri girəndə əsməyəbaşladım. Bəlkə də yer yarılsaydı, həmin anyerə də girərdim. Cünki o aldatdığım –qadın müəllimə də dəstənin içindəidi. Bir sözlə, ölmüşdüm, götürən yoxidi. Amma ölü halımla diqqət kəsilmişəm ki, desinlər burda bir Əntiqə var, ödənişiödəməyib, dursun universiteti tərk eləsin...

Gələn müəllimlər bizi təbrik elədilər, təhsilininkişafı, elmin ucalığından xeyli danışdılar. (Onları yadda saxlamağa məndə halnə gəzirdi?) Birdən rektora söz verildi. O da bizi təbrik elədi. Birazda təhsildən basdı-bağladı:” Əziz tələbələrimiz,indidə sizə bir sürpriz xəbər deyəcəm”.

"Aha,deyəcək, deyəcək ki, içinizdə yalançılar var, ödənişi ödəmədən gəlib oturub sinifdə”-deyəhəyəcanla düşündüm.

Ürəyimin səsi qulaqlarımda guppuldayır. Elə bu zaman...

Əntiqə Rəşid

Adalet.az

(Davamı sabahkı sayımızda olacaq)

TƏQVİM / ARXİV