adalet.az header logo
  • Bakı 19°C

İllərdir bizə LGBT-ni təbliğ edirsiniz, ay MTRŞ! - Eminquey yazır

EMİNQUEY AKİF
1727 | 2023-06-02 12:08

Bir neçə il öncə yayın qızmar çağında işlətdiyimiz kafeyə təşrif buyurub pivə nuş edən, sonralar təhsil eksperti kimi tanınan Kamran Əsədov paylaşım edib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, elmdən, təhsildən xəbərsiz olduğunuzu bilirik, başınız dost, tanışlarınıza vəzifə verməyə, fəaliyyəti olmayan QHT-lərə yüz minlərlə vəsaiti qrant adı altında paylamağa necə qarışıbsa, nə paylaşdığınıza belə baxmırsınız. Siz nəyi təbliğ edirsiniz? Yüzlərlə direktor, müəllim də baxmadan, anlamadan bu şəkili paylaşır. Siz bizim uşaqları nə kimi görmək istəyirsiniz? Bu nəyin bayrağıdır?

Ay Kamran müəllim, ildə bir-iki dəfə belə əndrəbadi təxəyyüllə aləmi qatırsan bir-birinə, sosial şəbədə də düşür sənin canına. Bir anlıq özümü sənin yerinə qoyub sənin kimi düşünmək istədim, düşündüm də.

Yadıma düşdü ki, illərdir prafilaktika günləri TV-lər yalnız bunu göstərirdi. Sən demə, LGBT-ni təbliğ edirmişlər. İndi mən də səslənirəm, ay MTRŞ, hara baxırsınız? Bu nə təbliğatdı?

Tövbə, əstəğfirullah, göy qurşağını gey qurşağı çıxarmasam əl çəkən deyiləm, yaxşısı budur özümü sənin yerindən götürüm. Hərə öz yerində qalsa yaxşıdır.

TƏQVİM / ARXİV