Bu da Trampın yeni “uçan saray”ı - VİDEO
Qətər kral ailəsinin hədiyyə etdiyi “Boeing 747-8 VIP” təyyarəsi ABŞ-yə gətirilib və Merilend ştatındakı Endryus Birgə Hava Bazasında təqdim olunub.
Adalet.az xəbər verir ki, təyyarə ABŞ Prezidenti Donald Tramp üçün müvəqqəti “Air Force One” kimi istifadə ediləcək.
Təqdimat mərasimində onun geniş imkanları ictimaiyyətə nümayiş etdirilib.
Məlumata görə, “uçan saray” kimi tanınan “Boeing 747-8 VIP”in bazar dəyəri təxminən 400 milyon dollar təşkil edir. Lakin onu prezident standartlarına uyğunlaşdırmaq üçün aparılan modernizasiya işlərinin ümumi dəyərinin 900 milyon – 1 milyard dollar arasında olduğu bildirilir.
Təyyarənin daxilində əsas yataq otağı, qonaq salonları, iclas otaqları, ofis sahələri və lüks istirahət zonaları mövcuddur. Eyni zamanda, onun prezident səviyyəsində təhlükəsiz rabitə və müdafiə sistemləri ilə təchiz ediləcəyi qeyd olunur.
ABŞ administrasiyası bu təyyarədən “Boeing”in yeni “Air Force One” layihəsi hazır olana qədər müvəqqəti həll kimi istifadə etməyi planlaşdırır. Yeni prezident təyyarələrinin hazırlanmasının gecikməsi fonunda bu qərarın verildiyi bildirilir.
Təyyarənin yaxın dövrdə rəsmi prezident donanmasına daxil ediləcəyi gözlənilir.
Digər Xəbərlər
20 Iyun 2026 10:02
“Ukrayna Rusiya ilə danışıqları yenidən bərpa edə bilər” - Zelenski
20 Iyun 2026 09:59
İrandan razılaşmalara dair - Xəbərdarlıq
19 Iyun 2026 18:11
Trampın Meloniyə hörmətsizliyinə görə ABŞ səfəri ləğv edildi
19 Iyun 2026 17:46
Türkiyə bu hadisədən danışır - Vəzifəli şəxsin qaçırılma anı
19 Iyun 2026 17:39
Əraqçi İsraili "daimi müharibə" istəməkdə günahlandırıb
19 Iyun 2026 17:00
Kir Starmer istefa verməkdən imtina etdi
19 Iyun 2026 11:38
DÇ həyəcanını izləmək üçün möhtəşəm məkan: Antiphellos Qədim Teatrı
19 Iyun 2026 11:10


Bakı -°C

