Bakıda yeni ekspres marşrutu fəaliyyətə BAŞLAYIR
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi - "Sahil" metro stansiyası istiqamətində sərnişin tələbatının ödənilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə test rejimində 149E nömrəli ekspres marşrutu təşkil edilir.
Adalet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, iyunun 22-dən altı ədəd "Neoplan" markalı avtobus qəsəbəni metronun "Sahil" stansiyası ilə əlaqələndirəcək.
Marşrutun fəaliyyət qrafiki sərnişin axınının intensiv olduğu saatlara əsasən müəyyən edilib. Avtobuslar səhər saat 06:45-dən 10:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək 15-20 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.
Marşrut üzrə gedişhaqqı 1.30 AZN müəyyən edilib.
149E nömrəli ekspres marşrutu üzrə "Sahil" metro stansiyası, Dövlət Bayrağı Meydanı, "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi, Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində 253 nömrəli tam orta məktəb, 16 nömrəli Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb, Məhərrəm Seyidov küçəsi, 168, 301 nömrəli körpələr evi - uşaq bağçası, 9 nömrəli xüsusi internat məktəbi dayanacaq məntəqələri kimi təyin edilib.
Digər Xəbərlər
19 Iyun 2026 16:17
Rövşən Rzayev onların müraciətləri dinlədi
19 Iyun 2026 16:11
Kardinal Kuvakad: “Azərbaycanla Müqəddəs Taxt-Tac arasında ortaq inam möhkəmlənir”
19 Iyun 2026 13:32
Azərbaycanda PUA-larla bağlı qanuna dəyişiklik edilir
19 Iyun 2026 12:42
Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
19 Iyun 2026 12:22
"İnsanlarda media savadlılığını artırmaq lazımdır" - Deputat
19 Iyun 2026 11:36
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinə yeni status verilib
19 Iyun 2026 11:14
“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib
19 Iyun 2026 10:13


Bakı -°C

