adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

İlişəndə xəstəlik irişir

RÜFƏT SOLTAN
58830 | 2014-03-30 15:29

Mexanizma yaxşı işləmir. Belə ki, susanlar daha çoxdur. Bu isə matoru işə salmağa mane olur. Millətlər lüks, millət tək bunu bacara bilmir. Saçını yolsam incimə, qəlbini alsam, öləcəksən. Bədənini dəşik-deşik edəcəklər, nə fərqi var, axı onsuzda namın gedir əldən. İnsaf tuluğu, yad ölkədə eybəcər saflıq. Xalqın gözünə şiş batsın, hə bilirəm digər gözünü demək istədim. Anlamğınızı istəmədin, kor olmağınız istədim. Sevincinizi nç, qətiyyən istəmədim, vayınızı gözlüyürəm. Qədərinizi istərdim amma istəmədim, çünki… Bilmirəm. Nə danışıram, onu da bilmirəm, susuram, sərf eləmir. Vururam, yazığım gəlir, döyüləndə isə özümə… Saçım ağaranda, qırxdıracam, bədənim büzüşəndə öldürəcəm nəfsimi. Qəlbim cavan qalacaq bilirəm, amma xəstəlik tapacağına da əminəm. Günüm sadəcə güzəran olacaq, alnım tər qarışıq qan! Qulağlarımdan irin axacaq-atam hər ikisinə möhkəm zərbə endirdi. Başım ağrıyacaq demirəm artıq o yoxdur, danışan isə ürəyimdir. İstəyirsiniz ona deyim bir təbəssüm göstərsin. Necə deyim?..

Vegeteriyanam, otlara meyilliyəm. Qoğal versələr sev-sevə yeyərdim. Qəlbimi açıram, içimin göyərtisi budur. Beynimdə sular quruyanda, dünyanın sonu gələcək. Gözlərim yer kürəsidir, burnumdan yaş axır. Saçlarımda şam ağacları, səhralar da var boynumda və alnımda.

-Üzümə bir tokat at abicim. -Yersen dayanamazsın bunu da bil. -Onda sil kürəyini, tərləmisən. -Axı alnım?.. -Hanı o? Başımdadı. -Bəs başın hanı. -O səndədir ki.. Al!

Qədərin varmı deyə soruşdum. Mənə nağıl danışdı. Səki mən deyəcəkdim, o dedi – yox qədər hanı. -Dedim başın hanı? Dedi səndədir ki, dedim-al!

Hə bu yazıdan anlamyacağın qədər dəliyəm, hərdəm xəyal bəzən alçağın yekəsi. Səhv başa düşməyinee boyum qısadır ona görə. Küçələrdəki çökəkliklərdə gəzməyi də sevirəm. Dağlar təzyiqimə tuş gəlir. Burnumdan yaş axır, qulağım kor olur, gözlərim heçnə eşitmir. Lamisəmsə saçlarımdadır. Qədərimsə hər hansı bir insanda…

Səni sevirəm sevgilim, sənə nifrət edirəm nifrətim! Düşmənim! Olar səni öldürüm? -Mənən yoxsa cismən. -Hər ikisi olmaz? -olar o nə deməkdir, biz dost deyilik, yox! Onda icazə vermirəm. -Başa düşmədim sənin başın xarabdır? -O ki səndədir. -Afərin, al!

Rüfuclar! Siz niyə belə didərgin düşdünüz ki? Gəlib bu meqapolisdə yaxşı yaşayasınız deyə, gözəl biznes əldə etdiniz. Etiraf edin, onsuzda geri qayıtmaq xaşınızda deyil, paytaxt salatınızdadır. Quru çörək qaldı düşmənə, sizinki yağlı əppəkdir əzizlərim. Sizi sevmirəm, övladlarınızı da sevmirəm. Bəlkə sonrakı nəsli sevib elədim.

Bu baş söhbətinə eləcə yazımla sona vermək istəyirəm: Belə di ki, müxalifət, iqtidar, zirzibil və darmacal, əmək haqqı, dost haqqı, düşmən haqqı, söyməyin bala bir-birinizi, sizə bir sirr açım: bu məmləkətin anlamadığı iki şey var: Sevgi və Vətənpərvərlik. Düzünü heç mən də anlamıram. Səhvi isə-hər iki məfhum cəmiyyətin içindədir. Qanınıza bələnin deyirəm və xoş arzularımda başınızı geri qaytarıb demək istəyirəm ki, başsız atlı yox, o cümlədən yekə baş olmayın. Həyat məni yığıb, torba dolub, nəfs azıb, şeytan imana çağırır artıq bəzilərin, alçaq virana qoydu bəşəriyyəti, zaman buza döndü, qalaktika zatən antarktika! Məfhum, zorba anlayışdı, sən qəbul eləsən də eləməsəndə o var! Zahir, Qıçın qırılsın. Neçə eybəcər gəlin evinə qayıtdı. Qadın, görüm şüurun sınsız, qəlbin axmaq və səmimilikdən uzaq olsun. Kişilər qeyri-səmimi qadınları əksilərindən yaxşı ayıra bilirlər, ancaq qadınlar, tam bir artist, səhnə-teatr… Dram aktyoru olmaq istəyən, zavallı kişi, sən batdın. Zobun var, onda boğul öl, işin varsa gəlmə. Məcbur deyilha. Qəlbin varsa… Qoy fikirləşim….Hə onda ağla. Saçın töküldümü? – Artıq hə! -Xoşbəxtsənmi? – Artıq hə! Həyat necədieee. -Bilmirəm hələ təzə gəlmişəm. – Xoş gəlmisən!


TƏQVİM / ARXİV