adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

İlham Əliyev gələn həftə Putinlə görüşəcək

673 | 2024-04-19 16:47

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün aprelin 22-də Moskvaya səfər edəcək.

Adalet.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. 

Görüşdə Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin müzakirəsi, eləcə də aktual regional problemlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır.

İki ölkənin rəhbərləri Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə başçılıq etdiyi Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşəcəklər. 

  • May:
  • 3

TƏQVİM / ARXİV