İLAHİ ƏDALƏT ÜMİDİ

FƏRİDƏ RƏHİMLİ
23969 | 2019-04-12 15:52

İmanı, haqq-ədaləti, vicdanı, qeyrəti görənolmayıb? Yolda-rizdə rastlaşmamısınız? Hara gediblər, niyə gediblər, nə vaxtgediblər, məlum deyil, yoxa çıxıblar bu məmləkətdən. Amma bir yerə getdikləri bəllidi.Ona görə yox ki, yerləri boş qalıb, kənardan boşluq görünür, ona görə ki,yerini imansızlıq, yalan, iftira, mənfəətçilik, ədalətsizlik, yalan... tutub vəo yer köhnə sahibini əliçıraqlı axtarır.

Boş-boşdanışanlar, boğazdan yuxarı sözləri hər gün utanmadan hər kəsə təkrar edən,yersiz tərifləri ilə nadanları "xoşbəxt edib” sevindirən, az-çox qalmış dürüstinsanların ikrahedici baxışlarıyla qarşılaşsa da vərdişini tərgitməyən, yalan,boş vədlərlə vicdanlı insanların inamını qıran, əli çatmayan yüksəklikdə olanbilikli, elmli, savadlı, mədəni insanlara qara yaxmadan çəkinməyən böhtançı,qeybətcil, paxıl, kinli nəsil yetişdiririk. Eyni zamanda millətinin qızını,qadınını yoldan çıxarıb, sonra haqqında qeyrətli kişilərə məxsus palaz-palazsitatlar gətirən, sosial şəbəkələrdə şiraslana dönüb namus keşikçilərinə xas təhdidləryağdıran, torpaq, Vətən kəlməsini timsah göz yaşlarıyla anan, amma "lazım gələndə”ortadan sivişib çıxan "Qarabağı qarabağlılar xilas etsin” deyən ağıllı gədələrordusu peyda olub. Peyda olub demək yanlış ola, bu, anidən olan şey deyil. Ammao xisləti içimizə nə vaxt yeritdilər, nə vaxt külli-millətin qanına-canınayoluxdu, onu anlaya bilmirəm. Qanında-canında yalançılıq, artistlik,ikiüzlülük, üzündə saysız-hesabsız maskalarla gəzənlər az idi bizim dövrdə və ətrafikrahla qarşılardı onları. Eləcə yaşayardılar özləriyçün, bir də onlardan öz mənfəətləriüçün istifadə edənlər üçün. Amma nə zaman bu yoluxma baş verdi, hər kəs onlarkimi yaşamaq həvəsinə düşdü, bax bu çox məyusedici faktdı. İnsan olan birinin qəlbinisındırdımı yata bilməz! Peyğəmbərə gələn vəhylərdə bu da keçir: Bir qəlbiqırmaq bir insanı öldürməyə bərabərdi! Bəli, Allah: Sındırdığınız qəlblərinahından qorxun! Mən sınıq qəlblərdəyəm,deyir. Hər fürsətdə maddiyyat xatirinə ikiüzlülük edən, yalan danışan,başqasının haqqını yeyən gecəni necəyatır görəsən? Yata bilməyənlər vicdanı olanlardı. Yata bilirsə, demək o,insanlıqdan çıxıb artıq... Abırına, həyasına qısılıb, haqqını tələb etməyənlərinhaqqını xımır-xımır yeyən "fərasətlilər” anlamırlar ki, "Haqqımı halal eləmirəm!”kəliməsi qədər ağır bir lənət yoxdu bu həyatda və axirətdə...

Bu millətənə Qarabağ, nə əski əldən getmiş yurd yerlərimiz maraqlıdı! Əksəriyyət birqarın çörəyi əldə etmək üçün bu gün başqasının çörəyinə necə bais olum, necəaldadım, yalan danışım, öz evimi tikmək üçün necə ev yıxım, neçə ev yıxım deyədüşünür.

Bir dəstə də dindarlar peyda olub. Dini icmanınyarıtmaz işindən din adına çoxlu oyunlar oynanılmaqdadı. Allahın vacibbuyurduğu Həcc ziyarətini icra etmək üçün ömür boyu pul toplaya bilməyib, oarzuyla ölən barmaq sayı vicdanlı insanlar və hər il yetim haqqı, qul haqqı yeməklə,yalan, böhtan, qeybət etməklə bərabər bu ziyarətgahı suyoluna çevirən şərəfsiz,dinsizlərin timsalında görünən təzadın ağırlığı da vicdanlıları ağrıdır. Bir dəfə ziyarət etməklə Allahınvacib buyurduğu əməli yerinə yetirdikdən sonra kasıba, xəstəyə, imkansıza xərcləməlideyilmi əsl müsəlman? Həcc, Kərbəla, Məşhəd ziyarətini təşkil edənlər arasındagedən gizli "müharibə” də onların nə qədər "doğru, imanlı insan” olduqlarınıgöstərir. Hərəsinin bir qiymət deməsi də vahid bir təşkilatın olmadığını, kiminnecə "müştəri tutmasından” asılı olaraq tur təşkil etmələri və bu müqəddəs işdəndə xeyir, nəf güdərək bir-birlərini gözdənsalmakampaniyasına başlamaları nə qədər müsəlman olduğumuzun sübutudur. Ondandır ki,Sahibəzzamanın yer üzünə dönməsi üçün şərt olan 313 əsl müsəlman hələ dədünyaya gəlməyib.

Hərdən"bizim illər”in insanları ilə rastlaşıb söhbət edəndə adam yüngülləşir bir az.Səni anlamayan, sənin anlamadığın indiki durumla əvvəlki doğru yaşamağın şərəfolduğu illəri müqayisə etdikcə özündə təskinlik tapırsan, qüssən müvəqqətiazalır, müasir kompüter diliylə desək, güncəllənirsən, format olursan, hələvicdanlıların qaldığına, şərəfin, vicdanın, mənəviyyatın, insanlığın pul,maddiyyat olmadığını anlayanların olduğuna sevinir, ümidlə yaşamına davam edirsən.O insanların köməyiylə dəli olmadığını, dəyərlərin hələ tam əldən getmədiyinidüşünürsən. Amma bu da zəif, öləziyən şamı xatırladır və təəssüflə, tezlikləonun da sönəcəyini qəbul etdiyin halda bir zəif ümidə də bel bağlayırsan. Bəlkə... deyə.

Haqq paylanarkən kölgədə qalan, qapılar döyməkdən çəkinən,qabaqdakı məndən istedadlı deyil, deyə başladığı mübarizəyə son qoyan, bir gün ədalətintəcəlli edəcəyini ümidlə gözləyən və hər şeyi Ona həvalə edərək Allahın ətəyindənyapışan vicdanlı insanlar, İlahi ədalət əlbət təcəlli edəcək, sadəcə səbir gərək.Bu rəzil insanların at oynatdığı dünyada olmasa da, o biri dünyada yüz faizolacaq...


  • Iyun:
  • 7

TƏQVİM / ARXİV