Fələstinin HƏMAS hərəkatı təxminən iki onillik ərzində Qəzza zolağını idarə edən orqanın buraxıldığını elan edib.
Adalet.az “Agence France-Presse” nəşrinə istinadən xəbər verir ki, ləğv edilən orqanın səlahiyyətləri xüsusi olaraq yaradılmış Qəzza Milli İdarəetmə Komitəsinə ötürüləcək.
“Fövqəladə hökumət komitəsinin rəhbəri Məhəmməd əl-Fərra rəsmi olaraq istefa verdi... Həmçinin Qəzza Milli İdarəetmə Komitəsinə inzibati və dövlət keçidinə kömək etmək üçün komitənin buraxılması barədə qərar qəbul edildi”, - HƏMAS hökumətinin Mətbuat xidmətinin rəhbəri İsmail əl-Tavabtə bildirib.
Qeyd edək ki, Qəzza Milli İdarəetmə Komitəsi ABŞ Prezidenti Donald Trampın HƏMAS və İsrail arasında atəşkəs sazişinin imzalanmasına vasitəçilik etməsindən sonra təsis etdiyi Sülh Şurası tərəfindən yaradılıb.


Bakı -°C
