adalet.az header logo
  • Bakı -°C
06 Iyul 2026 18:54
97
DÜNYA
A- A+

Ukrayna Rusiyanın neft emalı zavodunu VURDU - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin dronları Omsk vilayətindəki neft emalı zavoduna zərbə endirib.

Adalet.az xəbər verir kibu barədə vilayət qubernatoru Vitali Xotsenko özünün "Telegram" kanalında məlumat verib.

"Düşmən PUA-ları Omsk neft emalı zavoduna hücum edib. Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri dronların əksəriyyətini məhv edib", - deyə o yazıb.

İlkin məlumatlara görə, itki yoxdur. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Qubernator sakinlərdən dağıntılara yaxınlaşmamağı, video və ya şəkil çəkməməyi xahiş edib.