adalet.az header logo
  • Bakı -°C

Gürcüstan hökumətində dəyişiklik oldu - Yeni nazirlər

137 | 2026-04-21 18:45
A- A+

Gürcüstan hökumətində kadr dəyişiklikləri baş verir.

Adalet.az xəbər verir ki, Geka Geladze daxili işlər naziri vəzifəsindən istefa verib və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri olub. Acarıstan hökumətinin başçısı Sulxan Tamazaşvili Daxili İşlər Nazirliyinin yeni rəhbəri təyin edilib.

Gürcüstanda, həmçinin, Hüquq-mühafizə orqanlarının koordinasiya naziri vəzifəsi yaradılacaq və bu vəzifəni Dövlət Təhlükəsizlik Xidmətinin hazırkı rəhbəri Mamuka Mdinaradze tutacaq. O, eyni zamanda Baş nazirin müavini olacaq.

Xarici işlər naziri Maka Boçorişvili Baş nazirin daha bir müavini təyin edilib.

TƏQVİM / ARXİV