Goranboyda əri tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Adalet.az-a bildirilib ki, yanvarın 31-də saat 05:30 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın) xəstəxananın nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub:
"Başın, döş qəfəsinin və kürəyin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir".
***
09:05
Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.
Aaleta.az-ın məlumatına görə, Faxralı kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası – 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirib.
Hadisə zamanı həyat yoldaşı – 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.
Məlumata görə, Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.


Bakı -°C
