adalet.az header logo
  • Bakı -°C
31 Yanvar 2026 15:21
69
SAĞLAMLIQ
A- A+

Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzləri fəaliyyətə başlaya bilər

Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzlərinin fəaliyyətə başlamasına zərurət var.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru Yasmin Rüstəmova “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda təşkil olunan dəyirmi masada deyib.

O, qeyd edib ki, bəzi xəstələrdə ürək transplantasiyasına ehtiyac yaransa da, əməliyyatın həyata keçirilməsi hər zaman risklər daşıyır: “Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzləri fəaliyyət göstərsə, xəstələrə transplantasiya əməliyyatının texniki və klinik imkanları, habelə əməliyyatdan sonra sağ qalma perspektivi dəqiqliklə müəyyən edilə bilər”.

Cəmiyyətin sədri əlavə edib ki, belə mərkəzlərin yaradılması diaqnostika və müalicə prosesini optimallaşdıraraq xəstələrin sağlamlıq nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.