Gəncə şəhərindən Kəlbəcərə ilk avtobus reysi açılıb.
Adalet.az xəbər verir ki, bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb.
Bu istiqamətdə ilk avtobus Gəncə Beynalxalq Avtovağzalından yola düşüb.
Sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan-Ağdərə istiqamətindən hərəkət edərək Kəlbəcərə çatacaq.
Qeyd edək ki, bu reys üzrə avtobus hər gün 08:30 dan Gəncə şəhərindən Kəlbəcərə doğru hərəkət edəcək.