adalet.az header logo
  • Bakı 13°C

Gəlin Nəsimini yaşadaq!-İltifat HACIXANOĞLU yazır...

İltifat HACIXANOĞLU
59813 | 2021-05-06 12:28

Bu gün sosial şəbəkələrdə Nəsimi Nəbizadə ilə bağlı status yazdım. Haqlı olaraq, Nəsimiyə qarşı biganə qaldıqları üçün MTRŞ-nı, Mətbuat Şurasını və Medianın İnkişaf Agentliyini qınadım.

Səhər müdir redaksiyaya daxil olan kimi, mənə dedi ki, camaatı niyə söymüsən? Əvvəlcə başa düşmədim. Sonra dedi ki, Nəsimi Nəbizadə ilə bağlı yazdığın statusda hamını qınamısan. Nəsimini tapmaq olur ki? Neçə aydır axtarıram, tapa bilmirəm. Bir yandan baxanda da düz deyir, Nəsimi nə vaxtdır ki, səssiz-səmirsiz yoxa çıxıb. Telefonuna zəng edəndə də, həmişə bağlı olur. Əvvəllər heç olmasa, sosial şəbəkələrdə fəal idi, lazım olanda hal-əhval tuturduq.

Amma uman yerdən küsərlər. Nəsimi Nəbizadə indiyədək çoxdan axtarılmalı idi. Hələ bir neçə ay  əvvəl sosial şəbəkələrdə problemləri barədə xəbərlər dolaşanda onu “Əməkdar jurnalist” kimi çağırıb, dərdini-sərini soruşmalıydılar. Nəsimi Nəbizadə kimi sənətkar hər zaman yetişmir. Dünən onun haqqında çeşidli yalan xəbər yayanlar mütləq cəzaladırılmalıdır. Tanınmış diktorun dünən elə öz həmkarları tərəfindən yayılan şəkli məni çox məyus etdi. Ürəyim ağrıdı, təzyiqim qalxdı. Axı, belə bir istedad bu vəziyyətə düşməməli idi. O, bu vəziyyətə düşəcək qədər ağılsız deyil, axı. Ümid edrəm ki, əlaqədar təşkilatlar onunla maraqlanacaqlar. Nəsimini ölməyə qoymaq olmaz. Dostlar gəlin, Nəsimini yaşadaq!

TƏQVİM / ARXİV