adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Fransanın "baş xoruzu" rus xalqı ilə döyüşməkdən qorxur - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
594 | 2024-02-27 09:52

Fevralın 26-da Parisdə, Ukraynaya dəstək konfransının açılışında çıxış edən Fransa prezidenti Emanuel Makron, bəyan edib ki, Qərb rus xalqı ilə müharibə etmək fikirində deyil və Ukrayna münaqişəsinin qızışdırılmasından qaçmalıdır.

"Biz hamımız bu faktla razıyıq ki, rus xalqı ilə müharibəyə girmək istəmirik. Biz münaqişə başlayandan müvəffəqiyyətlə etdiyimiz kimi, qətiyyətlə vəziyyətin gərginləşməməsinə çalışmalıyıq".

 Fransa lideri çıxışında qeyd edib ki, cəbhədəki hazırki vəziyyətlə bağlı  "ciddi qərarlar" qəbul edilməli və Ukraynanın dəstəklənməsi məsələsində "sıçrayışlar" edilməlidir. Makron bir daha təkrar edib ki, "müttəfiqlər Kiyevi lazım olana qədər- sonadək dəstəkləməlidir. Çünki Ukraynanın qələbəsi Qərb dövlətlərinin təhlükəsizliyi məsələsidir".

Son dövrlər ortalıqdan çıxmayan, özünü dünya siyasətində "matax" sayan Fransanın "baş xoruzu", döyüşə başlamaq gələndə geri çəkilməyə və özüylə bərabər digər avropa dövlətlərinidə rusların qarşısında qanadlarını  sallayaraq "yas" getməyə çağırır. Makron eyni zamanda, ökeanın o tayındakı "xozeynlərinin" də qəzəbindən çəkinir və ona görə də, "Qərb dövlətlərini sonadək Ukraynanı dəstəkləməyə çağırır. 

"Bu günki görüşün məqsədi - milli və kollektiv səviyyədə, bir çoxlarımızın Ukrayna ilə bağladığı  ikitərəfli razılaşmalara uyğun olaraq, Kiyevə maliyyə və hərbi potensial yardımları göndərilməsinin yollarını müəyyənləşdirməkdir".

Emanuel Makron çıxışında, "xala-xətrin qalmasın"-deyə Rusiyanı, qərb ölkələrinə qarşı guya hiber hücumları artırmaqda  günahlandırıb. Ermənilərin "böyük bacısı"  bu çıxışı ilə,siyasətdə "sənətkar" kimi,  kumiri saydığı Kim Kardaşyandan da böyük "sənətkar" olduğunu bir daha nümayiş etdirdi.

 

TƏQVİM / ARXİV