Fransa diktaturanın simvoluna çevrilib -Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1122 | 2024-08-26 09:40

"Telegram"ın yaradısı Fransada həbs olundu

Xəbər verildiyi kimi, "Telegram" kanalının yaradıcısı və sahibi Pavel Durov, şəxsi təyyarəsiylə Azərbaycandan Fransaya qayıdan  zaman Parisin Le-Burje hava limanında saxlanılıb. Fransa KİV-lərinin verdiyi məlumatlara görə, Telegram kanalının yaradıcısına qarşı narkotiklərin yayılması, uşaqlara qarşı cinayət törətmək, çirkli pulların yuyulması və dələduzluq tötətmək maddələri ilə ittihamlar irəli sürülüb.

 Pavel Durov bir neçə il bundan əvvəl Frsnsa vətəndaşlığını qəbul edib və bildirilir ki, eyni zamanda Rusiya pasportu da daşıyır. 

  Əslində Durova qarşı irəli sürülən iddihamlanın səbəbi kimi, onun sahibi oduğu kanalın istifadəçilərinin yazışmalarının kodlaşdırılması və onların xüsusi xidmət orqanları ilə bölüşməməsi olduğu bildirilir. Qeyd olunur ki, guya istifadəçilər bu kanal vasitəsi ilə narkotiklərin yayılması, çirkli pulların yuyulması, uşaq ponoqrafiyasının yayılması, frıldaqçı maliyyə əməliyyatlarının aparılmasına şərait yaradılması və s. çinayət xarakterli yazışmalar aparmalarıdı. 

 Teleqram kanalının sahibinin həbs olunması siyasi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Fransalı politoloq və publisist Ksavye Moro bəyan edib ki, Fransa dünyada yeganə dövlətdir 
ki, Pavel Durovu həbs edə bilərdi.

 "Avropada bu insanı həbs etmək istəyən ölkə yalnız Fransa ola bilərdi. Təəssüf ki, bir franslz kimi bunu mən deyirəm"- deyə politoloq bəyan edib. 

 Moro hesab edir ki, Telegram kanalının  sahibinin həbs olunması ABŞ-ın göstərişiylə həyəta keçirilib.  Onlar Durovu, nə də X sosial şəbəkənin sahibi İlon Maksı həbs edə bilməzlər. Çünki ABŞ konstitusiyasına edilən "Bir saylı düzəliş"  azad sözün təminatçısıdır. Ona qalsa gərək bütün mobil telefon şirkətlərinin rəhbərləri həbs oluna, çünki orda da "narkodillerlər", terrorçular və s. çinayətkar ünsürlər də onların xidmətlərindən istifadə edirlər.

 Belə çıxır ki, digər sosial şəbəkələr və mobil telefon şirkətlərinin rəhbərləri istifadəçilərinin şəxsi yazışmaları barədə Mərkəzi Kəşfiyyat İdarəsinə və digər xüsusi xidmət orqanlarına məlumatlar verirlər, ona görə də onlara dəymirlər.

 Digər fransalı politoloq Bertsn Şoller isə, bəyan edib ki, rusiyalı milyarderin həbs olunması bir daha göstərir ki, Fransa diktaturanın simvoluna çevrilib. 

 Bu arada Fransanın xarici işlər nazirliyi Pavel Durovun həbs olunması ilə bağlı şəhr verməkdən boyun qaçırıb və belə əsaslandırlb ki, guya Fransanın hüquq sistemi müstəqildir...

 
 

  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV