Türkiyədə genişmiqyaslı əməliyyat: 307 nəfər saxlanıldı
Türkiyədə son bir ay ərzində dələduzluq və çirkli pulların yuyulmasına qarşı həyata keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində yüzlərlə şübhəli saxlanılıb.
Adalet.az xəbər verir ki, Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Polis Baş İdarəsinin İctimai Asayiş Departamentinin yaydığı məlumata görə, ölkənin 23 vilayətində "Kvalifikasiyalı dələduzluq" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (pul yuyulması)" cinayətləri üzrə ümumilikdə 45 əməliyyat keçirilib.
Əməliyyatlar zamanı 307 şübhəli şəxs saxlanılıb. Araşdırmalar zamanı onların bank hesablarında ümumi dövriyyənin 5 milyard 388 milyon türk lirəsi təşkil etdiyi müəyyən edilib.
Rəsmi açıqlamada bildirilib ki, qanunsuz yollarla gəlir əldə etməyə çalışan cinayətkar şəbəkələrin və çirkli pulların leqallaşdırılması ilə məşğul olan qrupların ifşa edilməsi istiqamətində hüquq-mühafizə orqanlarının fəaliyyəti fasiləsiz davam etdirilir.
Qurum qeyd edib ki, bu istiqamətdə təhlükəsizlik qüvvələri və aidiyyəti dövlət strukturları ilə koordinasiyalı şəkildə mübarizə bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Digər Xəbərlər
02 Iyul 2026 17:45
Paşinyan: Azərbaycan və Türkiyə ilə sıx enerji əlaqələri qurmaq istəyirik
02 Iyul 2026 16:57
Xameneinin vida mərasiminə 100-ə yaxın ölkənin nümayəndəsi gələcək
02 Iyul 2026 15:59
457 m hündürlükdən yıxılan qadın sağ qaldı
02 Iyul 2026 13:43


Bakı -°C

