Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2,2% artacaq. Bu, 2025-ci ildəki 1,4%-lik artımla müqayisədə daha yüksək göstəricidir.
Adalet.az xəbər verir ki, bu barədə "Fitch Ratings" agentliyinin proqnozunda bildirilib.
Agentlik artımı neft hasilatının azalması fonunda qaz hasilatının sabitləşməsi ilə əlaqələndirir və enerji təchizatında ciddi fasilə risklərinin aşağı olduğunu bildirir.
"Fitch" qeyd edir ki, İranda hərbi əməliyyatlar region ölkələrinin iqtisadiyyatına əsasən enerji və logistika xərclərinin artımı vasitəsilə təsir edir. Bu isə inflyasiya risklərini artıraraq xarici kəsirin genişlənməsinə səbəb ola bilər.
Agentliyə görə, bu təsirlər daha çox enerji idxalçısı olan Ermənistan və Gürcüstanda hiss olunacaq. Bununla belə, yüksək ehtiyatlar və məhdud məzənnə təzyiqləri qısamüddətli riskləri azaldır.
"Fitch" hesab edir ki, qlobal enerji qiymətlərinin artımı inflyasiyanı sürətləndirə bilər, lakin regionda müsbət real faiz dərəcələri mərkəzi banklara əlavə manevr imkanı verir. (APA)


Bakı -°C
