adalet.az header logo
  • Bakı -°C

Finlandiya NATO-nun keçirəcəyi irimiqyaslı təlimlərdə iştirak edəcək

78 | 2026-01-21 19:00
A- A+

Finlandiya hərbçiləri bu ilin mart ayında NATO-nun genişmiqyaslı təlimlərində iştirak edəcəklər.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın briqada generalı Manu Tuominen bildirib.

Onun sözlərinə görə, Finlandiya dövləti üçün alyans tərəfindən planlaşdırılan birgə təlimlərin birbaşa Finlandiya ərazisində keçirilməsi son dərəcə vacibdir.

Yanvarın 12-dən etibarən Finlandiyanın “Utti” alayına məxsus helikopterlər ölkənin cənubunda, Rusiya sərhədi yaxınlığında təlimlər keçirir. “NH90” və “MD500” helikopterlərinin təlim uçuşları Kümenlaakso bölgəsində həyata keçirilib.

2025-ci ilin noyabrında Finlandiyanın şimalında, Rusiya sərhədindən yüz kilometr məsafədə, “Northern Spike 225” adlı artilleriya təlimləri baş tutub. Təlimlərdə 2 mindən çox hərbçi və 500 ədəd hərbi texnika iştirak edib.

  • Dekabr:
  • 26

TƏQVİM / ARXİV