Premyer Liqada 3-cü dəfə turun ən yaxşısı seçildi
İngiltərə Premyer Liqasında 22-ci turun ən yaxşı futbolçusu müəyyənləşib.
Adalet.az Premyer Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş layiq görülüb.
Portuqaliyalı futbolçu ötən həftəsonu baş tutan Mançester derbisində parlaq oyunu ilə yadda qalıb. O, komandasının "Mançester Siti" üzərində 2:0 hesablı qələbə qazandığı görüşdə Brayan Mbeumonun vurduğu qolun məhsuldar ötürməsini verib.
Qeyd edək ki, futbolçu bununla cari mövsüm ərzində üçüncü dəfə turun ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, hazırda Maykl Kerrikin rəhbərlik etdiyi "qırmızı şeytanlar" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Klub növbəti tur çərçivəsində yanvarın 25-də səfərdə "Arsenal"ın qonağı olacaq.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

