“Amerika çiçəklənəndə dünya da çiçəklənir” - Tramp
ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Amerika iqtisadiyyatını planetin “əsas mühərriki” adlandıraraq, ölkəsinin çiçəklənməsinin bütün dünyaya fayda verdiyini bəyan edib.
Adalet.az xəbər verir ki, Tramp forumdakı xüsusi müraciətində ABŞ-nin son bir ildə əldə etdiyi iqtisadi uğurlardan bəhs edib.
“Amerika çiçəklənəndə dünya da çiçəklənir. İşlər pis gedəndə isə bu, hamımız üçün mənfi nəticələnir. Siz bizim ardımızca gələrək yuxarı qalxırsınız”, – deyə o bildirib.
Prezident həmçinin Avropanın iqtisadi kursunu tənqid edərək, qitənin durğunluqdan qurtulmaq üçün ABŞ modelindən dərs almalı olduğunu vurğulayıb.
Xatırladaq ki, 2026-cı il Davos Forumu yanvarın 23-dək davam edəcək.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

