adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

F-16 qırıcısı yaya qədər Ukraynaya verilə bilər

497 | 2024-04-18 18:09

Amerikanın ilk F-16 döyüş təyyarəsi təlim keçmiş heyətlə birlikdə bu ilin yayından əvvəl Ukraynaya verilə bilər.

Adalet.az xəbər verir ki, bu barədə Belçikanın baş naziri Aleksandr de Kroo Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin ikinci günündə danışıb. 

O qeyd edib ki, ölkəsi Qırıcı Koalisiyada mühüm rol oynayır: "Bu F-16 koalisiyası vacibdir və vacib olaraq qalır, çünki bu F-16-lar da zenit imkanlarına malikdir və Belçika bunda çox mühüm rol oynayır. Məhz biz öz təyyarələrimizdə ukraynalı pilotların hazırlanmasını təmin edirik. Təlimli pilotları olan ilk təyyarə bu yaydan əvvəl baş tuta bilər". 

TƏQVİM / ARXİV