adalet.az header logo
  • Bakı -°C

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: Ucuz mənzillər...

91 | 2026-03-10 13:56
A- A+

Ucuz mənzillər satışa çıxarılır.

Adalet.az-ın məlumatına görə, bu evləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi satışa çıxarır.

Belə ki, söhbət üç və dörd otaqlı, tam təmirli mənzillərdən gedir. Mənzillər Ümid qəsəbəsində, Samux və Abşeron rayonlarında yerləşir.

Bu evləri həm ipoteka krediti vasitəsilə, həm də nağd ödənişlə almaq mümkündür. Bunun üçün ms.sosial.gov.az saytına daxil olaraq satışa çıxarılan mənzillərlə tanış ola bilərsiniz. Saytda hər bir evin şəkilləri, yerləşdiyi mərtəbə, kvadratmetri və digər bütün detalları göstərilir.

Bəyəndiyiniz evi bron edirsiniz. Daha sonra nazirlik sizinlə əlaqə saxlayır və mənzilə yerində baxmaq imkanı yaradılır. Evi bəyəndiyinizi təsdiqlədiyiniz halda, 10 gün ərzində nazirliklə sizin aranızda alqı-satqı müqaviləsi bağlanır.

Əgər bron etdiyiniz mənzildən imtina etsəniz, həmin ev növbəti bron edən şəxsə təklif olunur. Bir mənzil üzrə ümumilikdə üç nəfərə qədər bron imkanı verilir.

Ətraflı məlumat əldə etmək üçün ms.sosial.gov.az saytına daxil ola bilərsiniz. 

  • Mart:
  • 6

TƏQVİM / ARXİV