Əraqçi: İran uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək

100 | 2025-07-22 10:19

İran uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək.

Adalet.az  “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O qeyd edib ki, ABŞ-nin sanksiyalarına baxmayaraq İranın uranı zənginləşdirməsinin qarşısını almaq çətin olacaq: “Biz zənginləşdirmədən imtina edə bilmərik, çünki bu bizim alimlərimizin nailiyyətidir. Bu, milli qürur məsələsidir. Zənginləşdirmə bizim üçün çox dəyərlidir”.

Nazir ötən ay ABŞ-nin zərbələri nəticəsində İranın nüvə obyektlərinə dəyən ziyanın "ciddi" olduğunu təsdiqləyib. Ancaq o, zərbələrdən sonra zənginləşdirilmiş uranın salamat qalıb-qalmadığını şərh etməyib: “Ziyanın dərəcəsini indi atom enerjisi üçün məsul olan təşkilatımız qiymətləndirir".

A.Əraqçi İranın ABŞ ilə danışıqlara açıq olduğunu vurğulasa da, bunun hələ ki birbaşa olmayacağını vurğulayıb: “ABŞ qarşılıqlı faydalı həll yoluna can atarsa, onlarla əməkdaşlıq etməyə hazırıq”. Onun sözlərinə görə, İranın nüvə proqramını danışıqlar yolu həll etmək təcrübəsi var: “Biz bunu yenidən etməyə hazırıq”.

TƏQVİM / ARXİV