Azərbaycanın dövlət borcu açıqlandı

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 695,6 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,9 %-i qədər olub.
Adalet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu, 2024-cü ilin iyulun 1-i ilə müqayisədə 0,004 % azdır.
Dövlət borcunun 5 milyard 010,7 milyon ABŞ dolları və yaxud 8 milyard 518,2 milyon manatı xarici (ÜDM-in 6,6 %-i qədər), 17 milyard 177,4 milyon manatı isə daxili (ÜDM-in 13,1 %-i qədər) dövlət borcları təşkil edir. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 6,6 % az və 3,7 % çoxdur.
Digər Xəbərlər

İyulun pensiya ödənişi yekunlaşdı

“AzerGold” QSC III Şuşa Qlobal Media Forumunda təmsil olunub -FOTOLAR

Mərakeşdən Azərbaycana gələn turistlərin sayı 43 % artıb

Bu cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqləndi

“AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

Aİ Rusiyaya görə Azərbaycan şirkətinə sanksiya tətbiq etdi

Korrupsiya cinayətləri üzrə vurulan ziyanın 5,6 milyon manatı ödənilib
