adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?" - Siyavuş Novruzov

502 | 2024-04-19 13:32

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov I sinfə qəbul zamanı uşaqların müsahibə olunaraq məktəbə qəbulu məsələsinə narazılıq edib.

Adalet.az-ın məlumatına görə, komitə sdəri parlamentin bugünkü plenar iclasında “Təhsil haqqında” qanuna təklif olunan dəyişiklərin müzakirəsi zamanı bildirib ki, ölkədə 9 illik təhsil icbaridir. 

Onun sözlərinə görə, şagird məktəbə dərs öyrənmək üçün gəlir: “Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir? Vaxtı ilə çar Aleksandr manifest qəbul etdi və insanları evindən dartıb məktəbə gətirirdi. İndi isə istəyirlər ki, insanlar məktəbə gəlməyib evdə otursun".

TƏQVİM / ARXİV