adalet.az header logo
  • Bakı -°C

Əbülfət  Mədətoğlu: Gecikdim...   

63 | 2026-04-06 12:06
A- A+

(Etiraf  şeirlərimdən)

Mən  gecikdim-
 həmişəki kimi ...                    
Sən   gözlədin -
həmişəki kimi ...
 Mən -
 gecikməyimdən  utandım ,
 Sən  - 
gözlədiyini   üzümə  də  vurmadın -           
 Həmişəki  kimi!... 
 Doğrusu         
Nə qədər  cəhd  edirəm ,        
Gecikməyə  bilmirəm... 
Sanki,     elə  
belə də olmalıdı -
Sən  gözləməlisən,      
Mən də  gecikməliyəm!..
Yox, bu qədər də olmaz
 - Sən düzünü ,
 gərəyini,etməlisən!..
Mən də  özümü 
Bir  daha  
sınaqdan keçirməliyəm!...           
Danışdıq...
Sabah  görüşək - 
Həminki, yerdə,  
Həminki  saatda... 
Heç olmasa  bir  də 
nə  sən  gözlə, 
nə də  mən  gecikim!
Uğurlu olsun
Bu  seçim!..
Amma...
şübhəm  var özümə-
Qorxuram ki, bu  turdan da
keçməyək!
Yaxşısı budur ki, 
Gəl məni , 
Olduğum yerdən götür-
Görüşə  gecikməyək!

  • Aprel:
  • 3

TƏQVİM / ARXİV