adalet.az header logo
  • Bakı -°C

"Azərbaycan Gürcüstan üçün ən vacib tərəfdaşlardan biridir..." 

121 | 2026-04-06 13:18
A- A+

"Hər il 2 milyard kubmetrdən artıq qazla, həmçinin neft və neft məhsulları ilə enerji təhlükəsizliyini dəstəkləyir. Üstəlik, bütün bunlar sabit və bazar üçün qəbul edilən qiymətlərlə həyata keçirilir". 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, amma məsələ təkcə satış bitmir: 

"Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr Gürcüstanın iqtisadi rolunu tam dəyişdirib. Bakı-Tbilisi-Ceyhan boru kəməri Gürcüstanı tranzit ölkədən enerji qovşağına çevirdi. Cənub Qaz Dəhlizi bu ölkəyə Avropaya açılan strateji enerji marşrutu qazandırdı. Bakı-Tbilisi-Qars dəmir yolu regionun logistika xəritəsində onun yerini gücləndirdi. Bakı-Supsa xətti Qara dəniz üzərindən çıxış imkanı yaratdıYaşıl enerji və elektrik ötürücü layihələri yeni nəsil enerji əməkdaşlığı üçün platforma formalaşdırdı Əlqərəz, Gürcüstan Azərbaycanla əməkdaşlıq sayəsində tranzit ölkədən regional enerji və logistika mərkəzinə çevrildi. Sabit gəlir mənbələri əldə etdi. Geosiyasi əhəmiyyətini artırdı. Avropa ilə iqtisadi inteqrasiyasını gücləndirdi
Deməli, bu münasibətlər sadəcə qonşuluq məsələsini ehtiva etmir, burada qarşılıqlıqlı daha strateji məqamlar var.
İndi qalan əsas məsələ ticarətdə payın artırılmasıdır. Hansıki bu potensial real göstəricilərdən daha yüksəkdir". 

Vasif ƏLİHÜSEYN

  • Aprel:
  • 3

TƏQVİM / ARXİV