Bir dağ yamacında, qaya dizində -
Üstünə əyilən bulud dammasın!
Həmişə təbəssüm görüm üzündə -
Gözlərin heç vaxtı buludlanmasın!
Fikrin dolaşanda, qayğılananda
Toxunsun telinə səsimin mehi...
Sən özün- özünlə yalqız qalanda -
Ovutsun qəllbini sözümün şehi!
İnancdan süzülüb , inamdan doğan
Sevginin şəfqəti yar payın olsun!
Sənə Qibləm!-deyib ümidlə baxan -
Bu ürək , bir ömür çarpayın olsun!
Əlində əlimi dayaq nöqtəsi
Gözündə gözümü işıq seli say!
Sevgi - bəxt yazısı, Tanrı diqtəsi -
Onu da heç bir kəs silə bilməz


Bakı -°C
