Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC lotereya həvəskarları üçün bir-birindən maraqlı oyunlarda böyük uduş imkanları təqdim etməyə davam edir. Bu dəfə iki yeni “Poz-Qazan” oyunu – xüsusi buraxılışlı “2027” və “Piramida” satışa çıxarılıb.
Yeni il münasibətilə limitli sayda satışa buraxılmış “2027” biletləri böyük uduşlarla əsl bayram sevinci yaşadacaq. Bu oyunda 2 biletdə ən böyük uduş – 75 000 manat şanslı sahiblərini gözləyir. Düz 50 ədəd biletdə isə 1 000 manatlıq uduş mövcuddur. Oyun çərçivəsində 1 500 000 bilet satışa təqdim edilib. Bu biletlərdən 384 452-si uduşludur. Ümumi uduş məbləği isə 2 970 000 manatdır.
Oyun həyəcanı yaşadacaq daha bir “Poz-Qazan” oyunu olan “Piramida” da 2 ədəd biletdə 50 000 manat qazandıracaq. Həmçinin başqa 2 ədəd biletdə 10 000 manat və yüzlərlə biletdə müxtəlif məbləğlərdə pul mükafatları udmaq şansı var. Bu oyun üzrə ümumi bilet sayı 5 milyondur. Onlardan 1 247 145-i uduşludur. Ümumi uduş məbləği isə 6 599 640 manat təşkil edir.
Çoxlarının sevimlisi olan digər “Poz-Qazan” oyunlarında da 500 000 manatadək böyük uduşlar qazana bilərsiniz.
Biletləri Azərlotereya.com və Misli.az səhifələri, “Azərlotereya” satış nöqtələri, “Misli” məntəqələri, “Araz” və OBA marketlər şəbəkəsi, “AL Market”lərdə, eləcə də digər mağaza və köşklərdən almaq mümkündür.


Bakı -°C
