adalet.az header logo
  • Bakı -°C

Siqnal vermək insanları əsəbləşdirir...

93 | 2026-04-21 19:15
A- A+

Biz çox vaxt avtomobil yolunda bəzi sürücülərin səs siqnalından istifadə etdiyini görürük. Yeri gəldi, gəlmədi bir də görürsən ki, sükan arxasında olan kimsə , fasiləsiz siqnal verir.

Aydındır ki, o sürücü yol istəyir.Təbii ki, belə vəziyyətdə həmin sürücüyə yol vermək lazımdır. Xüsusilə də operativ xidmət avtomobillərinə, yeni  təcili tibb yardım maşına, yanğın şöndürülən avtomobilə elə həmin anda digər sürücülər yol verməlidir.

Təəssüf ki, bəzi hallarda  o avtomobillərə də məsuliyyətsiz sürücülər yol vermirlər. Bir çox halda şəhərin bir çox küçə və prospektlərində tıxaclar olanda bir də görürsən ki, arxadakı nəqliyyat vasitələrinin sürücüləri fasiləsiz olaraq siqnallar verirlər.

Axı qarşıda tıxac var, qabaqdakı sürücü nə etməlidir? Əfsuslar olsun ki, bunu bilə- bilə yenə  arxadakı sürücülər siqnal verirlər! Fasiləsiz  siqnal verilməsi də birmənalı olaraq  qanun pozuntusu hesab olunur.

 Yeni Günəşlinin massiv"D" bina 13- ün qarşısında çoxlu qarajlar var . Həmin qarajın sahiblərindən  biri gecə saat 2-də  avtomobillə ora gəlir və görür ki, qarajın qarşısında  maşın saxlayıblar. Sürücü bu gecə saatlarında başlayır siqnal verməyə.Axırda bina sakinləri evdən çıxıb, onun abırını ətəyinə bükəndən sonra siqnal verməyi dayandırır. İndi siz deyin, bu adamın mədəniyyəti varmı?

Əlbəttə, yoxdur!  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ehtiyac olmadan səs siqnalı verən  sürücü 30 manat məbləğində  cərimə olunur!!! Ona görə də, hörmət sürücülər , lazım olmayan yerlərdə səs siqnalından istifadə etməyin!!!

Emil FAİQOĞLU  

TƏQVİM / ARXİV