adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB

1190 | 2024-04-29 15:30

Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: "Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".

***

14:01

Aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb.

Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

    Verilən məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.

    ***

    Xəbər verdiyimiz kimi, bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib.

    Adalet.az xəbər verir ki, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub. Onun durumunun stabil olduğu vurğulanıb.

    ***

    12:48

    Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib.

    Adalet.az xəbər verir ki, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

    Xəsarət alan şəxsin durumu stabildir.

    Qeyd edək ki, mina partlayışı nəticəsində xəsarət alan şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu bildirilir.

    TƏQVİM / ARXİV