adalet.az header logo
  • Bakı -°C

"Disney"ə milyardlarla dollar qazandırdı

191 | 2026-01-01 19:31
A- A+

Məşhur "Lilo & Stitch" Hollivud franşizasının qəhrəmanı olan yadplanetli Stitç "Disney"in 2025-ci ildə ən böyük maliyyə uğuru olub.

Adalet.az oxu.az-a istinadən xəbər verir ki, "Lilo & Stitch"in rimeyki dünya miqyasında 1.04 milyard dollar gəlir əldə edərək ilin ən çox gəlir gətirən filmlərindən birinə çevrilib. Stitç məhsullarının satış həcmi təkcə 2025-ci maliyyə ilində 4 milyard dolları keçib.

Film həmçinin "Disney+" tarixində ikinci ən yaxşı açılış göstəricisini nümayiş etdirib (5 gündə 14.3 milyon baxış).

Xatırladaq ki, orijinal cizgi filmi 2002-ci ildə ekranlara çıxıb.

TƏQVİM / ARXİV